Nəhəcirçay — Babək və Culfa rayonları ərazisində çay. Naxçıvançayın sol qolu.

Haqqında Mənsəbindən 10 km məsafədə, Şəkərabad kəndindən bir qədər aşağıda ona tökülür. Uzunluğu 14 km, hövzəsinin sahəsi 42 kv. km-dir. Əsasən yağış və qrunt suları ilə qidalanır. Suyu bütünlüklə suvarmada və qahab su anbarının doldurulmasında istifadə edildiyindən, Naxçıvançayın axımının formalaşmasında rolu cüzidir.

İstinadlar

Kateqoriya:Naxçıvan Muxtar Respublikasının çayları