Kemax - Dağıstan Respublikasının Dərbənd rayonunda ərazisində mövcud olmuş kənd. Coğrafiya Kənd 354 m hündürlüyə malik dağın ətəyində, Dərbənd şəhərindən 12 km qərbdə yerləşir.
Əhali 1895-ci il məlumatına görə 63 ev mövcud olmuşdur. Burada 383 nəfər yaşayırdı (yahudilər — 123 nəfər)Памятная книжка Дагестанской области, под редакцией Козубского Е. И. Темирхан-Шура, 1895. Sovet rəsmi statistikasında kənd əhalisi azərbaycanlılardan ibarət olmuşdur. Digər mənbələrdə isə onların tat olması qeyd olunur. Belə ki, onlar öz aralarında Azərbaycan dilindən istifadə etmişlər. Ancaq rəsmi mənbələr onların azərbaycanlı olmasını təstiqləyir. Onlar digər ətraf azərbaycanlı kəndlərindən fərqli olaraq islam dininin sünni məzhəbində etiqad edirdilərАзербайджанцы-фарсы, или таты-сунниты Дербентского района,.
Kəndi deyilənə görə Dərbənd ətrafına açılan gözəl mənzərə ilə əlaqədar düşərgə qurduqları türklər salmışlar.
Mənbə Топографические карты K-39-XIII - 1 : 200 000 Топографические карты K-39-61 - 1 : 100 000 İstinadlar
Kateqoriya:Dərbənd rayonunun yaşayış məntəqələri