Eşşək-meydanı aşırımı  – Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Gilançayın mənbə hissəsində aşırım (hünd. 2862,0 m).  Orta Eosenin Lütet mərtəbəsinə aid çökmə (Alt Paradaş yarımlay dəstəsi) və vulkanogen-çökmə (Biləv lay dəstəsi) süxurlardan təşkil olunmuş hamar səthli gəzdəkdir.  Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq qurtaracağında müşahidə edilən Əyridağ sinklinalının nüvə hissəsində yerləşir. Cənub yamacında andezit tərkibli subvulkanik kütlə açılır. Səthində və yamaclarında şimal-şərq və şimal-qərb istiqamətli fay qırılmaları, həmçinin dioritli porfirit və siyenit-diorit daykaları izlənilir.  

Həmçinin bax: Ağdağ (Ordubad rayonu) Cindağ (Ordubad) Biçənək aşırımı Aqlar silsiləsi Aşırım İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları Kateqoriya:Azərbaycan aşırımları