2017 UEFA U-21 Avropa Çempionatı (UEFA U-21 Avro 2017 kimi də tanınan) — 21-ci dəfə təşkil edilən UEFA U-21 Avropa Çempionatıdır (U-23 turnirləri də daxil olmaqla ümumilikdə 24-cü dəfə). Çempionat iki ildən bir olmaqla 1994-cü ildən bəri təşkil olunur. Turnir UEFA-ya üzv olan ölkələrin U-21 millilərinin mübarizə apardığı gənclər arasında beynəlxalq futbol turniridir. Turnirin final mərhələsi 2017-ci ilin ortalarında Polşada baş tutmuşdur. Ölkə 26 yanvar 2015-ci ildə İsveçrənin Nyon şəhərində UEFA İcraiyyə Komitəsi tərəfindən seçilmişdir. Bu ilki turnir 16–30 iyun 2017-ci il tarixləri aralığında keçirilmişdir. 1994-cü ilin yanvar ayının 1-dən sonrakı təvəllüdlü futbolçular turnirdə oynamaq hüququ qazanmışlar.

İstinadlar

Kateqoriya:2017-ci ildə idman