Limberq Qutierrez Moyika (18 iyun 1998-ci ildə anadan olub) — Uruqvay Primyera Divizion təmsilçilərindən olan Klub Nasyonal de Futbol klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Boliviya futbolçusu. O, keçmiş Boliviya milli futbolçusu olan Limberq Qutierrezin oğludur.
Milli karyerası Qutierrez Boliviya milli futbol komandasında debütünü 23 mart 2017-ci ildə 2018 FİFA Dünya Kubokunun təsnifat mərhələsi görüşünüdə Kolumbiya millisinə qarşı oyunda etmişdir. O, 90-cı dəqiqədə Xuan Aponteni əvəz etmişdir. Həmin görüşdə Boliviya rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur.
Karyera statistikası
Milli komanda
Milli komandaİlOyunQolBoliviya201710Ümumi10
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Boliviya futbolçuları Kateqoriya:Nasyonal FK futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri