İslam dinində Ramazan bayramı və Qurban Bayramı olmaq üzrə iki böyük bayram vardır. Bayramlar mədəniyyət və məzhəblərin fərqliliyinə görə müxtəlif şəkillərdə qeyd edilir. İslami bayramlar ay təqviminə görə tənzimlənir. İslami təqvimdə 12 ay və 354–355 gün vardır. Sünni və şiə ay təqvimləri hər dəfə üst-üstə düşmür. Bəzən həm şiələrin həm də sünnilərin qeyd etdiyi bir bayram fərqli günlərə təsadüf edə bilər. İslami bayramlar ay təqviminə görə təşkil edildiyindən 1-2 günlük fərqliliklər ola bilər.

Müqəddəs günlər, gecələr və bayramlar Müsəlmanlar tərəfindən müqəddəs sayılan gecələrdir. Bu gecələrə "qəndil gecələri" də deyilir. Qəndil gecələrini peyğəmbər keçirtməyib. Hicrət sonrası 3-cü əsrdən etibarən təsəvvüfi mühitlərdə qeyd edilməyə başlanmışdır.

Quranda müqəddəs gecələrlə əlaqəli:"Açıq-aşkar olan Kitaba and olsun ki, biz onu müqəddəs bir gecədə endirdik. Şübhəsiz biz insanları xəbərdarlıq etməkdəyik"."Qədr gecəsi min aydan daha xeyirlidir". Qəndil gecələri namazların qılındığı, Quranın oxunduğu, duaların edildiyi və salavatların gətirildiyi gecələrdir. Qəndil gecələri bir Ay təqvimi olan Hicri təqvim əsas götürülərək müəyyən edilir.

Əsas günlər Aşura günü Qədr gecəsi Merac Mövlüd bayramı

Dini ibadətlər Oruc Həcc

Təqvim Hicri tarixHicri 1435Hicri 1436Hicri 1437Hicri 1438Hicri 1439Aşura günü10 Məhərrəm13 noyabr 20133 noyabr 201423 oktyabr 201511 oktyabr 201630 sentyabr 2017Ərbəin günü20 Səfər23 dekabr 201312 dekabr 20142 dekabr 201520 noyabr 20169 noyabr 2017Mövlud bayramı12 Rəbiüləvvəl (sünnilər)13 yanvar 20143 yanvar 201523 dekabr 201511 dekabr 201630 noyabr 201717 Rəbiüləvvəl (şiələr)18 yanvar 20148 yanvar 201528 dekabr 201516 dekabr 20165 dekabr 2017Əlinin doğum günü13 Rəcəb12 may 20142 may 201520 aprel 201610 aprel 201730 mart 2018Merac27 Rəcəb26 may 201416 may 20154 may 201624 aprel 201713 aprel 2018Məhəmməd Mehdinin doğumu15 Şaban13 iyun 20142 iyun 201522 may 201611 may 20171 may 2018Ramazan1 Ramazan29 iyun 201418 iyun 20156 iyun 201627 may 201716 may 2018Qədr gecəsi19, 21, 23, 25, 27 ya da 29 Ramazan17 ilə 26 iyul 2014 arası7 ilə 16 iyul 2015 arası25 iyun ilə 4 iyul 2016 arası15 ilə 24 iyun 2017 arası4 ilə 13 iyun 2018 arasıChaand Raat29 ya da 30 Ramazan27 iyul 201416 iyul 20155 iyul 201624 iyun 201714 iyun 2018Ramazan Bayramı1 Şəvval28 iyul 201417 iyul 20156 iyul 201625 iyun 201715 iyun 2018Həcc8–13 Zilhiccə2–7 oktyabr 201422–27 sentyabr 20159–14 sentyabr 201630 avqust – 4 sentyabr 201719–24 avqust 2018Arifə günü9 Zilhiccə3 oktyabr 201423 sentyabr 201510 sentyabr 201631 avqust 201720 avqust 2018Qurban Bayramı10 Zilhiccə4 oktyabr 201424 sentyabr 201511 sentyabr 20161 sentyabr 201721 avqust 2018Qədir-Xum18 Zilhiccə12 oktyabr 20141 oktyabr 201519 sentyabr 20169 sentyabr 201729 avqust 2018

İstinadlar

Kateqoriya:İslam Kateqoriya:İslam bayramları Kateqoriya: Azərbaycan bayramları Kateqoriya:İslamda xüsusi günlər