GIGN (fransızca: Groupe d'intervention de la Gendarmerie nationale) Fransa Milli Jandarmeriyasının xüsusi təyinatlılardan ibarət elit dəstəsidir. Bu dəstə indiyə qədər bir çox xüsusi əməliyyatlarda uğurla iştirak etmişdir.
GIGN 1974-cü ildə baş verən Münxen qətliamından sonra yaradılmışdır. Təşkilatın baş qərargahı Paris şəhəri yaxınlığında Versal-Satoridə yerləşir. Əməliyyatların çox hissəsinin Fransa daxilində keçirilməsinə baxmayaraq, Fransa Silahlı Qüvvələrinin tərkib hissəsi kimi dünyanın istənilən yerində əməliyyat keçirə bilər. GIGN üzvləri indiyə qədər müxtəlif yerlərdə 1800-dən çox əməliyyatda iştirak etməklə, həmçinin 600-dən çox girov xilas etməklə dünyada terrorizmə qarşı mübarizə aparan ən təcrübəli birliklərdən hesab olunur.
Vəzifələri Anti-terror əməliyyatları; Girovların xilas edilməsi; Silahlı şəxslərin zərərsizləşdirilməsi; Məhbus üsyanlarının qarşısının alınması; Cinayətkar və terroristlərin izlənilməsi; Hərbi xüsusi əməliyyatlar; Rəsmi dövlət nümayəndələrinin mühafizəsi; Müharibə baş verən ölkədə səfirliyin mühafizə olunması; Təlim.
Rəhbərləri Mayor Christian Prouteau: 1973–1982 Kapitan Poul Barril: 1982–1983 Kapitan Filip Masselin: 1983–1985 Mayor Filip Legorjus: 1985–1989 Mayor Lionel Kesneau: 1989–1992 Mayor Denis Favier: 1992–1997 Mayor Erik Jerard: 1997–2002 Polkovnik-leytenant Frederik Qallois: 2002–2007 Briqada generalı Denis Favier: 2007–2011 Briqada generalı Tyeri Orosco: 2011–2014 Briqada generalı Hubert Bonneau: 2014–2017 Polkovnik Loran Felip: 2017-davam edir
Həmçinin bax Xüsusi təyinatlı dəstələr SAT Xüsusi Təyinatlı Qüvvələr
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Hərb Kateqoriya:Xüsusi təyinatlı qüvvələr