İL-76 (NATO kod adı ilə: Candid) — Sovet İttifaqının İlyuşin Konstruktor Bürosu tərəfindən dizayn olunmuş dörd turbofan mühərrikli çoxməqsədli təyyarədir. Kommersiya məqsədli yük daşıyan təyyarə kimi ilk dəfə 1967-ci ildə planlanmışdır. Bu təyyarə ağır və iri ölçülü yüklərin orta və uzaq məsafələrə daşınması üçün təyin olunmuşdur. Həmçinin bu təyyarəinin hərbi variantları hava-idarəetmə məntəqəsi və havada-yanacaq dolduran kimi Asiya və Avropa qitələrində geniş istifadə olunur. Antonov An-12'nin yerini almışdır.

İL-76-nı fərqləndirən xüsusiyyətlərindən biri də onun rampa sistemli yük bölməsi qapısının olmasıdır, bu isə xüsusi ilə kommersiya məqsədli yük daşınmada daha əhəmiyyətli yer tutur. Çünki bu sistem bir çox iri ölçülü texnika və avadanlıqların, tırtıllı və təkərli texnikaların, bağlama şəklində olan yüklərin yük bölməsinə rahatlıqla daxil olunmasına kömək edir. Təyyarənin xüsusi modelləri də vardır ki, onlar yanğın söndürən kimi və çəkisizlik kabinası (zero-G) təlimlərində istifadə olunur. 

Növləri +ModelXarakteristika, fərqli cəhətləriİL-76 "Candid"Baza modeliİL-76 "Baghdad-1"Sonradan "Adnan-1" adlandırılmışdır. İraq HHQ-ın İL-76MD bazasında hazırlanmış radarla təchiz olunmuş model. 3 nüsxədə hazırlanıb.İL-76D('D' modeli "Desantniy", yəni Desant Daşıyan) quruq hissəsində isə müdafiə məqsədli atəş qurğusu mövcuddur.İL-76 "Adnan-2"İran HHQ-ə məxsus olmuş, radarla təchiz olunmuş versiya. 2009-cu il 22 sentyabrda qəzaya uğrayıb.İL-76KTKosmonavtların hazırlanması üçün çəkisizlik vəziyyətini simulyasiyası üçün olan təyyarə. İlk uçuş 2 avqust 1981.İL-76LLMühərrik testi üçün uçan laboratoriyaİL-76MModernizasiya olunmuş versiya, yükgötürmə qabiliyyəti 42 tona qədər artırılıb. İlk uçuşu 24 mart 1978-ci il.İL-76MQAİL-76M-in mülki variantı. Yalnız 2 nüsxədə hazırlanıb.İL-76MD "Candid-B"Modernizasiya olunmuş versiya. Yükgötürmə 48 tona qədər artırılıb. İlk uçuşu 6 mart 1981-ci il.İL-76MDPYanğın söndürən təyyarə. İlk uçuşu 28 yanvar 1993-cü ilİL-76MD "Scalpel"Təyyarə-hospital variantıİL-76MD-90ADaha güclü və ekologiya standartlarına cavab verən Aviadvigatel PS-90 mühərrikləri ilə təchiz olunmuş versiyaİL-76MD-MUzunməsafəli uçuşlar üçün modernizasiya olunmuş variantİL-76MDK "Kosmos"Kosmonavtların hazırlanması üçün çəkisizlik vəziyyətini simulyasiyası üçün olan təyyarə. İlk uçuş 6 avqust 1988.İL-76MF6.6 metr daha uzun olan bu variant PS-90 mühərrikləri ilə maksimum qalxış çəkisi 210 ton və 60 ton yük götürmə qabiliyyəti olan modeldir.İL-78MKİL-78M bazasında hazırlanmış modernizasiya olunmuş versiyaİL-76PYanğın söndürən təyyarəİL-76PSAxtarış-xilasetmə təyyarəsiİL-76PPRadio-elektron mübarizə təyyarəsiİL-82(İL-76SK)Hava-idarəetmə məntəqəsi. Nüvə partlayışı zamanı yerdəki idarəetmə məntəqələrinin məhv olunduğu halda istifadəsi nəzərdə tutulur.İL-76T "Candid-A"NəqliyyatİL-76TDİL-76MD təyyarəsinin sivil ekvivalenti. İlk uçuşu 1982-ci ildə etmişdir, D-30 turbofan mühərrikləri ilə təhciz olunmuşdurİL-76TD "Antarktida"Şimal və Cənuq qütblərə uçmaq üçün xüsusi naviqasiya sistemi ilə təmin olunmuş variantİL-76TD-90VDAviadvigatel PS-90 mühərrikləri və rəqəmsal kabinə ilə təchiz olunmuş versiyaİL-76TD-90SWSilk Way Airlinesin sifarişi ilə Aviadvigatel PS-90 mühərrikləri ilə təchiz olunmuş versiyaİL-76TFAviadvigatel PS-90 mühərrikləri ilə təchiz olunmuş mülki versiyaİL-78 "Midas"Tanker-təyyarəİL-78MModernizasiya olunmuş tanker-təyyarəİL-78M-2İL-78M-90AİL-76MD-90A bazasında hazırlanmış tanker-təyyarəİL-78MK-90İL-78MK-in Aviadvigatel PS-90 mühərrikləri ilə təchiz olunmuş versiyası əsasında hazırlanmış tanker-təyyarəİL-78MKİModernizasiya olunmuş, kommersiya məqsədli, Hindistan üçün olan versiyasıİL-78MPPakistan üçün hazırlanmış versiyaİL-976A-50 "Mainstay"Uzaq radiolokasiya müəyyən və idarə edilməsi təyyarəsiA-60Uçan laboratoriyaA-100Uzaq radiolokasiya müəyyən və idarə edilməsi təyyarəsiKJ-2000Uzaq radiolokasiya müəyyən və idarə edilməsi təyyarəsi — Çin versiyası

Texniki göstəriciləri

Ümümi xarakteristikaları Ekipaj — 5 nəfər (əlavə olaraq 2 uçuş texniki və 2 yük operatoru) Yük götürmə : 42 ton (İL-76M), 48 ton (İL-76TD), 60 tonnes (İL-76MD-90A) Uzunluq : 46.59 metr (152 ft 10 in) Qanadların uc nöqtələri arasındakı məsafə : 50,5 metr Hündürlük : 14.76 metr (48 ft 5 in) Qanadın sahəsi : 300.0 m² (3,229.2 ft²) Boş çəkisi : 192,500 kg (İL-76TD-90) (203,962 lb) Maksimal qalxma çəkisi : 395,000 kg (İL-76) (429,975 lb (İL-76TD-90)) Güc qurğusu : 4 × Aviadvigatel PS-90–76 turbofanları, 142 kN (32,000 lbf) və ya 14,500 kgf hər birində

Göstəriciləri Maksimal sürət : 900 km/s (490 kt, 560 mph) Mach 0.82 hündürlükdən asılı olaraq Uçuş məsafəsi : 5,000 km (2,700 nmi) (İL-76MD-90A/TD-90VD üçün) 52 ton yüklənmə ilə; 4,000 km (İL-76M/T); 4,400 km (İL-76MD/TD), 4,200 km (İL-76MF/TF) Uçuş hündürlüyü : 13,000 metr (42,700 ft) Eniş zamanı minimal qaçış məsafəsi : 450 metr, revers qurğusu ilə

İstifadəçilər right|thumb|350x350px|hazırkı İL-76 istifadəçiləri. (Qırmızı — Sadəcə Hərbi Məqsədlər üçün, Yaşıl — Mülki Məqsədlər üçün, Mavi — Hərbi və eyni zamanda Mülki Məqsədlər üçün right|419x419px

Kateqoriya:İl-76 Kateqoriya:İlyuşin təyyarələri Kateqoriya:1971-ci ildə SSRİ-də yarananlar Kateqoriya:Dördmühərrikli reaktiv təyyarələr Kateqoriya:SSRİ-nin hərbi nəqliyyat təyyarələri