Mais Həbib oğlu Cavadov (22 mart 1929, Basqal, Şamaxı qəzası – 1992, Bakı) - fizika-riyaziyyat elmləri doktoru (1966), Əməkdar elm xadimi (1982), AMEA-nın müxbir üzvü (1989).

Həyatı Mais Cavadov 22 mart 1929-cu ildə İsmayıllı rayonunun Baskal kəndində anadan olub. Ali təhsilini 1952-ci ildə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində alıb.

Əmək fəaliyyəti Mais Həbib oğlu Cavadov əmək fəaliyyətinə 1952-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutunda başlayıb. O, 1952-1969-cu illərdə AEA Fizika və Riyaziyyat İnstitutunda əyani aspirant, böyük elmi işçi, şöbə müdiri vəzifələrini icra edib. 1969-cu ildən pedaqoji fəaliyyətə başlayan Mais Cavadov 1969-1992-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda professor, kafedra müdiri vəzifəsində çalışıb.

Elmi fəaliyyəti Mais Cavadov 1958-ci ildə akademik Zahid Xəlilovun rəhbərliyi ilə "Ümumiləşmiş funksiyalar sinfində qarışıq məsələlərin tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat üzrə fəl­səfə doktoru, 1966-cı ildə fizika-riya­ziyyat üzrə elm­lər doktoru elmi dərəcələrini alıb. 1989-cu ildə AEA-nın müxbir üzvü seçil­ib.

Mais Cavadov ilk dəfə adi diferensial operatorların məxsusi və qoşulmuş funk­siyalarının bir hissəsinin tamlıq məsələsini həll edib. Alim 40-dan artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 20-dən artıq fəlsəfə dok­toru hazırlanıb.

Mükafatları Mais Cavadov 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb.

Ölümü Mais Cavadov 1992-ci ildə Bakıda vəfat edib.

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan riyaziyyatçıları