“Yanarsu” mineral bulağı Dağlıq Talışın şimal-qərb ətəklərində, Mişar­çayın hövzəsində yerləşir. Orta eosenin vulkanogen qatlarını mürək­kəbləşdirən uzununa yarığa aiddir. Suları xlorid-natrium-kalsium tərkiblidir, minerallaşma dərəcəsi 16,7 q/l-ə çatır, temperaturu isə təşkil edir. Bulaq gözündən vaxtaşırı alışıb yanan güclü metan qazı ayrılır. Yerli əhali ta qədimdən bəri bu sudan müalicə məqsədilə istifadə edir; bunu tufogen qumdaşılarından yonulub hazırlanmış və bu günə qədər gəlib çıxmış vanna­lar da təsdiq edir.

Həmçinin bax Darrıdağ karbonatlı-mərgümüşlü su yatağı Xaltan qrupu mineral bulaqları “Badamlı” mineral bulaqları

Mənbə "Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013 ''

Kateqoriya:Mineral bulaqlar Kateqoriya:Azərbaycan bulaqları