Yusif Şıxməmməd oğlu Məmmədov (1896—10 iyun 1983) — üzümçü, Sosialist Əməyi Qəhrəmanı (1949).
Həyatı Yusif Şıxməmməd oğlu Məmmədov 1896-cı ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Culfa rayonu) Göydərə kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1935-ci ildə Voroşilov adına (sonra C.Cabbarlı adına) sovxozda başlamış, 1971-ci ilə qədər burada fəhlə işləmişdir. 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 21 iyul 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Lenin ordeni, ilə təltif olunmuşdur. Yusif Məmmədov 10 iyun 1983-cü ildə Culfa rayonunda vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Culfa rayonunda doğulanlar Kateqoriya:Culfa rayonunda vəfat edənlər Kateqoriya:Naxçıvanlı Sosialist Əməyi Qəhrəmanları Kateqoriya:SSRİ üzümçüləri