thumb|upright=1.5|Türkiyə milli futbol komandası (2016) Türkiyə milli futbol komandası — Türkiyəni beynəlxalq turnirlərdə və oyunlarda təmsil edən futbol komandası. İlk oyununa 26 oktyabr 1923-cü ildə Rumıniyaya qarşı çıxmışdır. FİFA Dünya Çempionatına 1950, 1954, 2002 və 2026 olmaqla 4 dəfə vəsiqə qazanmışdır. Amma FİFA Dünya Çempionatı 1950-də maliyyə problemlərinə görə çıxış etməmişdir.

Türkiyə Milli Komandası beynəlxalq turnirlərə Avropa seçmələrindən qatılır. FİFA Dünya Çempionatı 2002-də Şenol Günəşin rəhbərliyi ilə üçüncü yeri tutdu, Fatih Terim rəhbərliyində Avropa Çempionatı 2008-də üçüncü yeri tutdu və Şənol Günəş rəhbərliyində gənc heyət ilə FİFA Konfederasiyalar Kuboku 2003-də üçüncü yeri tutdu. Milli formanı ən çox 120 dəfə Rüştü Reçber geyinmişdir. Ən çox qol vuran isə 51 qol ilə Hakan Şükürdür.

Türkiyə milli komandası qitə miqyasında UEFA Avropa Çempionatında iştirak edib. Türkiyə millisi ilk dəfə 1996-cı ildə UEFA Avropa Çempionatında iştirak etmişdir. Türkiyə millisi 2008-ci ildə Avstriya və İsveçrədə keçirilən UEFA Avropa Çempionatında üçüncü yeri tutmuşdur. 2015-ci ildə 13 oktyabr tarixində Türkiyə millisi tarixində dördüncü dəfə UEFA Avropa Çempionatına vəsiqə qazandı. Həmin Avropa Çempionatı 2016-cı ildə Fransada keçirilib. Ən son 2024-cü ildə Avropa Çempionatına vəsiqə qazanmış və 1/4 finalda Niderland millisinə məğlub olaraq mübarizəni dayandırmışdır.

Tarixi Türkiyə millisi ilk oyununa 26 oktyabr 1923-cü ildə İstanbulda Rumıniyaya qarşı çıxdı. Taksim Stadionunda keçirilən oyunda Türkiyə millisini meydana baş məşqçi kimi Əli Sami Yen çıxartdı. Türkiyə millisi 25-ci dəqiqədə qol buraxsa da, daha sonra Türkiyə millisinin heyətində Zeki Rıza Sporel 32 və 50-ci dəqiqə iki qol vuraraq hesabı 2–1 etdi. Amma 67-ci dəqiqədə Türkiyə daha bir qol buraxdı və hesab heç-heçə bitdi. 2–2. thumb|Zeki Rıza Sporel left|thumb|267x267px|Yüksel Gündüz

Əli Sami Yen dövrü (1923) Əli Sami Yen baş məşqçi kimi ilk oyununda Rumıniya ilə heç-heçə oynamışdır. Taksim Stadionunda keçirilən oyun 2–2 hesabı ilə bitmişdir. Bu oyundan sonra Əli Sami Yen Türkiyə millisində baş məşqçi postundan kənarlaşdırıldı. Bu posta isə şotlandiyalı Billi Hanter gətirildi. thumb|295x295px|Bedri Gürsoy|left

Billi Hanter dövrü (1924–1926) Billi Hanter baş məşqçi kimi Türkiyə millisində ilk oyununa 25 may 1924-cü ildə Çexoslovakiyaya qarşı çıxdı. Bu oyun Parisdə Yay Olimpiya Oyunlarında keçirildi. Birinci mərhələdə Türkiyə Çexoslovakiyaya 2–5 məğlub oldu və mübarizəni dayandırdı. Türkiyənin hər iki qolunu Bəkir Refet vurdu. Yay Olimpiya Oyunlarından sonra Türkiyə millisi 17 iyunda Finlandiya ilə qarşılaşdı. Həmin oyundan Türkiyə tarixində ilk qələbəsini qazandı. Zeki Rıza Sporel 4 qol vuraraq həm rekorda imza atdı, həm də Türkiyənin qələbəsində əsas pay sahibi oldu. Hesab 4–2 Türkiyənin xeyrinə başa çatdı. Zeki Rıza Sporel poker edərək millinin tarixində ilk poker edən futbolçu oldu. Türkiyə millisi bu oyundan sonra daha iki oyun oynadı və qələbə qazandı. 19 mayda Estoniyanı Sabih Arca və Bedri Gürsoyun hərəyə bir və Zeki Rıza Sporelin iki qolu ilə 4–1 məğlub etdi. Bu oyundan 3 gün sonra 22 mayda Latviyanı 3–1 məğlub etdi. Riqadakı oyunda Türkiyənin hər üç qolunu Zeki Rıza Sporel 3 vurdu. 29 mayda Türkiyə Millisi o dövr üçün güclü milli hesab olunan Polşa ilə qarşılaşdı. Həmin oyunda Billi Hunterin yetirmələri güclü rəqibinə 0–2 uduzdu. O dövrdə FİFA Dünya Kuboku və UEFA Avropa Çempionatı keçirilmədiyi üçün Türkiyə millisi öz qüvvəsini yoldaşlıq oyunlarında sınayırdı. 16 noyabrda Türkiyə SSRİ millisi ilə qarşılaşdı. Həmin oyundan Türkiyə millisi ardıcıl ikinci məğlubiyyətini aldı. Türkiyə millisi SSRİ millisinə 0–3 uduzdu. Bu oyun 1924-cü ildə millinin sonuncu oyunu oldu.

1925-ci ildə milli ilk oyununa doğma meydanda çıxdı. Doğma meydanda yalnızca 1923-cü ildə elə ilk oyunda çıxan milli uzun fasilədən sonra doğma azarkeşlər qarşısında oynayacaqdı. 10 aprel 1925-ci ildə rəqib Bolqarıstan idi. Taksim Stadionundaki oyunda Türkiyə 2–1 qalib gəldi. Türkiyənin qollarını Mehmet Ləbləbi və Sabih Arca vurdu. Türkiyə millisi Billi Hanter ilə doğma meydanda ilk qələbəsini qazandı. Türkiyə bu oyundan sonra Buxarestə səfər etdi. Heyətində o dövr üçün güclü futbolçulara sahib olan Türkiyə Buxarestdə yerli milli ilə qarşılaşdı. Türkiyə milli futbol komandası Rumıniya ilə 1923-cü ildə Əli Sami Yen rəhbərliyində qarşılaşmışdı. 1925-ci ildə isə Billi Hanter ilə Rumınlar qarşısına çıxdı və qələbə qazandı. Zeki Rıza Sporel və Mehmet Ləbləbinin qolları ilə Türkiyə rəqibini 2–1 məğlub etdi. Belə yaxşı nəticələr Billi Hanterə Türkiyədə böyük sevgi qazandırmışdır. Türkiyə millisi Buxarest səfərindən sonra üç ev oyununda qüvvəsini sınadı. 12 mayda SSRİ millisinə 1–2 hesabı ilə məğlub oldular. Bu oyun məğlubiyyət ilə yanaşı bir hadisə ilə əlamətdar oldu. Belə ki Türkiyə İstanbulda yox Ankarada bu oyunu oynadı. Bu oyunda Türkiyə 3-cü dəqiqədə Bedri Gürsoy ilə hesabı açdı. Amma oyunun sonuna 5 dəqiqə qalmış SSRİ futbolçuları hesabı 1–1 etdi. Heç-heçə ilədə kifayətlənməyən SSRİ millisi 88-ci dəqiqədə qələbə topunu vurdu. Bu matç məğlubiyyətə baxmayaraq Türkiyənin yaxşı performans göstərdiyi düşünülən matçlardan biri idi. Növbəti oyunda 2 oktyabrda İstanbulda Taksim Stadionunda Türkiyə Polşa ilə qarşılaşdı. Həmin oyunda SSRİ ilə oyunun ssenarisi kimi oldu. 5-ci dəqiqədə Zeki Rıza Sporel hesabı açsa da daha sonra Polşalılar 29 və 67-ci dəqiqədə iki qol vuraraq hesabı öz xeyrlərinə dəyişdi. Türkiyə millisi ardıcıl ikinci məğlubiyyətini aldı. Bu oyun həm də 1925-ci ildə Türkiyənin sonucu oyunu olmuşdur.

1926-cı ildə Türkiyə ilk oyununa yenə doğma meydanda çıxdı. Rəqib bunda əvvəl məğlub etdiyi Rumıniya millisi idi. Türkiyə Rumıniyaya bu dəfə məğlub oldu. 7 mayda İstanbulun Taksim Stadionunda keçirilən oyunda Türkiyə Rumıniyaya darmadağın oldu. 0–3. Bu oyun Billi Hanterin doğma meydanda sonuncu oyunu idi. 12 sentyabr 1926-cı ildə isə Türkiyə Polşada yerli milliyə darmadağın oldu. 1–6. Bu oyundan sonra Billi Hanter milli ilə yollarını ayırdı. Milliyə isə macar Bella Tot gətirildi. thumb|400x400px|Misir-Türkiyə (28 may 1928) thumb|400x400px|Misir-Türkiyə (28 may 1928)

Bella Tot erası (1927–1932) Bella Tot Türkiyə millisi ilə ilk oyununa 17 iyul 1927-ci ildə səfərdə Sofiyada yerli Bolqarıstana qarşı çıxdı. Bu oyunda 6 qol vurulsada qalib müəyyənləşmıdi. 3–3. Bella Tot Türkiyə millisində ilk qələbəsini 14 oktyabrda İstanbulda Taksim Stadionunda qazandı. Türklər Bolqarları Zeki Rıza Sporelin iki və Nihat Bekdikin bir qolu ilə 3–1 məğlub etdi. Bu oyun 1927-ci ildə sonuncu oyun idi.

1928-ci ildə Türkiyə millisi ilk oyununa o dövrün adlı-sanlı millisi hesab olunan Yuqoslaviyaya qarşı çıxdı. 8 apreldə səfərdə Türkiyə rəqibinə güclü müqavimət göstərsədə məğlub oldu. 1–2. Türkiyənin yeganə qolunu Latif Yalınlı atdı. Növbəti oyunda səfərdə idi. Buxarestdə. Artıq Türkiyə millisinin Rumıniya ilə oyunu xeyli maraq doğururdu. Amma Türkiyə bu dəfə bacarmadı, rumınlara 2–4 uduzdu. Növbəti oyun isə 1928 Yay Olimpiya Oyunlarında keçirildi. Türkiyənin rəqibi Misir millisi idi. Amsterdamdaki oyunda Türkiyə rəqibinə 1-7 hesab ilə darmadağın oldu. Bu nəticə ilə Türkiyə millisi ikinci Yay Olimpiya Oyunlarında yenə də birinci mərhələdən mübarizəni dayandırdı.

Türkiyə millisi 1928 Yay Olimpiya Oyunlarından sonra ilk oyununu düz 3 il sonra 1931-ci ildə Bolqarıstana qarşı oynadı. Sofiyada Vasil Levski Stadionunda rəqibinə 1–5 uduzdu. 2 oktyabrda isə eyni stadionda Yuqoslaviya ilə qarşılaşdı. Sonuncu dəfə 1928-ci ildə Yuqoslavlara qarşı oynayan türklər 2-0 hesab ilə bu dəfə qalib gəldilər. Türklərin qollarını Rebii Erkal və Fikrət Arıcan vurdu. Bu oyundan sonra Bella Tot həmvətənləri ilə qarşı-qarşıya gəldi. 17 apreldə Taksim Stadionunda Türkiyə Macarıstan ilə qarşılaşdı. Oyunda ilk qol 35-ci dəqiqədə Səlahəttin Almaydan gəldi. 1–0. Bu qoldan sonrada Türkiyə üstün tərəf olsa da, sona 10 dəqiqə qalmış hər şey dəyişdi. 80 və 84-cü dəqiqələrdə macarlar qol vurdu və türklər doğma meydanda sona 10 dəqiqə qalmış qələbəni eldən verdi. Bu oyundan sonra Bella Tot istefaya göndərildi. Yeni baş məşqçi isə ingilis Fred Pagman idi.

Fred Pagman dövrü (1932) Fred Pagman millidə baş məşqçi kimi ilk oyununa 22 apreldə Macarıstana qarşı çıxdı. Taksim Stadionundaki oyunda Türkiyə rəqibinə 1–4 uduzdu. Pagmanın sonuncu oyunu 4 noyabrda oldu. Türkiyə bu oyunda Bolqarıstana 2–3 uduzdu. Ardıcıl iki məğlubiyyətdən sonra Fred Pagman istefaya göndərildi. Fred Pagman Əli Sami Yendən sonra Türkiyə millisində baş məşqçi kimi ən az 2 dəfə meydanı çıxan baş məşqçi oldu.

Ceyms Donnelli dövrü (1936–1937) Fred Pagmandan sonra milli irlandiyalı Ceyms Donnelliyə həvalə olundu. Ceyms ilk oyununda Yuqoslaviya millisi ilə Taksim Stadionunda 3–3 oynadı. Millinin qollarını Şeref Görkek, Niyazi Sel, Fikrət Arıcan vurdu. 3 avqust 1936-cı ildə milli ilk dəfə Norveç milli komandası ilə qarşılaşdı. Rəqibinə 0–4 uduzdu. Buna baxmayaraq Ceyms Donnelli istefa vermədi. O 1 avqust 1937-ci ildə komandanı Yuqoslaviyaya qarşı oyuna çıxartdı. Həmin oyunda Türkiyə rəqibinə 1–3 uduzdu. Bu oyundan sonra Ceyms Donnelli istefa verdi. Ceyms Donnellini bu postda macar İgnas Molnar əvəzlədi.

İgnas Molnarın birinci dövrü (1948) İgnas məşqçi kimi Türkiyə ilə ilk oyuna 23 aprel 1948-ci ildə çıxdı. Rəqib isə Yunanıstan idi. Yunanlara qarşı oyun çox prinsipial idi. Oyun Panatinaikos Stadionunda keçirildi. Türkiyə rəqibinə 3–1 hesabı ilə qalib gəldi. Türkiyənin qollarını Fikret Kırcan və Şükrü Gülesin ilə yanaşı Yunan əsilli Lefter Küçükandonyadis vurdu. İgnas ikinci oyununa İsmət İnönü Stadionunda çıxdı. Rəqib Avstriya idi. Bu oyundan Türkiyə gözlənilmədən rəqibinə 0–1 uduzdu. Həmin oyun İgnas Molnar üçün sonuncu oldu. İgnas Molnar baş məşqçi kimi Türkiyə millisindən imtina etdi və milli komandanı tərk etdi. Onu isə Əli Sami Yendən sonra ilk dəfə yerli türk baş məşqçi Ulvi Yenal əvəzlədi.

Ulvi Yenal dövrü (1948) Ulvi Yenal ilk oyununda Çin ilə qarşı-qarşıya gəldi. Həmin oyunda Türkiyə rəqibini açıq fərqlə üstələdi. 4–0 hesabla nəticələnən matçda Türkiyənin qollarının ikisini Gündüz Kılıç diğərlərini isə Hüseyn Saygun və Lefter Küçükandonyadis vurdu. Ulvi Yenal türkiyəli baş məşqçi kimi Türkiyəyə ilk qələbəni qazandırdı. Amma onun bu postda işi elə də uzun olmadı. O, 5 avqust 1948-ci ildə Yuqoslaviyaya 1–3 hesablı məğlubiyyətdən sonra istefa verdi. Onu isə ingilis Pat Molloy əvəzlədi.

Pat Molloyun birinci dövrü (1948–1949) Ulvi Yenaldan sonra milliyə gələn Pat Molloy ilk oyununa İstanbulun İsmət İnönü Stadionunda çıxdı. Rəqib Yunanıstan idi. Müzəffər Tokaç və Şükrü Gülesin qolu ilə yunanlara 2–1 qalib gələn Türkiyə Pat Molloy rəhbərliyində ilk qələbəni qazandı. 20 mart 1949-cu ildə milli Avstriyaya 1–0 uduzdu. 13 may 1949-cu ildə milli Misiri çətin keçən oyundan sonra 3–2 məğlub etdi. Millinin qollarını Gündüz Kılıç, Bülənt Esəl və Şükrü Gülesin vurdu. Növbəti oyunda isə Türkiyə yunanlara qalib gəldi. 2–1. Türkiyənin qollarını Gündüz Kılıç və Bülent Esel vurdu. Bu oyundan sonra Türkiyə millisi iki dəfə FİFA Dünya Kubokunun qalibi olan İtaliya ilə qarşılaşdı. Amma Türkiyə bu oyunda 2–3 məğlub oldu. Bu oyundan sonra Türkiyə millisinin baş məşqçisi Pat Molloy istefa verdi. Onu bu postda Cihat Arman əvəzlədi.

Cihat Armanın birinci dövrü (1949)