2017 FİFA U-20 Dünya Çempionatı — 21-ci dəfə təşkil edilən FİFA U-20 Dünya Çempionatıdır. Çempionat iki ildən bir olmaqla 1977-ci ildən bəri təşkil olunur. Turnir FİFA-ya üzv olan ölkələrin U-20 millilərinin mübarizə apardığı gənclər arasında beynəlxalq futbol turniridir. Cənubi Koreyanın ev sahibliyi etdiyi növbəti çempionat 20 may — 11 iyun 2017-ci il tarixləri aralığında baş tutmuşdur.

Yaponiya və Meksikadan sonra Cənubi Koreya kişilər arasında keçirilən bütün beynəlxalq turnirləri təşkil edən üçüncü ölkə olmuşdur. 2002 FİFA Dünya Kuboku, 2001 FİFA Konfederasiyalar Kuboku və 2007 FİFA U-17 Dünya Çempionatı məhz bu ölkədə keçirilmişdir.

Cənubi Koreya FA çempionatının iyun və iyul dövrləri ərzində keçirilməsinə öz etirazlarını bildirmişlər. Buna səbəb həmin dövrdə ölkədə yağışların hökmranlıq etməsi və hər hansı bir gənc oyunçunun 2017 FİFA Konfederasiyalar Kuboku üçün əsas heyətə daxil edilməsi olmuşdur.

Serbiya 2015 mundialının qalibi olsa da, UEFA seçmə mərhələsindən final mərhələsinə yüksələ bilmədikləri üçün bu turnirdə titulunu qoruya bilməyəcək. Bununla da onlar növbəti turnirə vəsiqə qazana bilməyən ardıcıl beşinci titul sahibi olmuşdur.

İngiltərə millisi ilk dəfə FİFA U-20 Dünya Çempionatının qalibi olmuşdur. Onlar finalda Venesuela millisinə 1-0 hesabı ilə qalib gəldilər.

Ev sahibinin seçimi Turniri keçirməyə namizəd olan ölkələr mütləq şəkildə əvvəlki illərdə U-20, U-17, Qadınlar arasında Dünya Çempionatı, Dünya Çimərlik Futbolu Kuboku turnirlərindən birini təşkil etmiş olmalı idi. Ölkələrin namizədliyi 15 may 2013-cü ildə təqdim olunmuşdur. Ümumilikdə 12 ölkə 2013-cü ilin may ayı üzrə turnir keçiriləcək tender təkliflərini təqdim etmişdir:

(sonradan geri götürüb)

(sonradan geri götürüb)

2013-cü ilin dekabr ayında Braziliyada keçirilən FİFA-nın İcraiyyə Komitəsinin iclasında Cənubi Koreyanın turniri təşkil edəcəyi barədə yekun qərar qəbul olunmuşdur.

İştirakçı ölkələr Ümumilikdə 24 milli komanda final mərhələsinə vəsiqə qazanmışdır. Ev sahibi olaraq Cənubi Koreya turnirə birbaşa, digər 23 milli komanda isə ayrı-ayrı qitə yarışlarında iştirak edərək vəsiqə qazanmışdır. 2017-ci ildən başlayaraq, UEFA beş, 4 qitə dörd, Okeaniya Futbol Konfederasiyası isə iki vəsiqənin sahibi olmuşdur.

KonfederasiyaVəsiqə verən turnirİştirakçılarAFC (Asiya)Ev sahibi2016 AFC U-19 ÇempionatıKAF (Afrika)2017 U-20 Afrika Millətlər KubokuCONCACAF (Mərkəzi, Şimali Amerika və Karib)2017 CONCACAF U-20 ÇempionatıCONMEBOL (Cənubi Amerika)2017 Cənubi Amerika Gənclər ÇempionatıOFC (Okeaniya)2016 OFC U-20 ÇempionatıUEFA (Avropa)2016 UEFA Avropa U-19 Çempionatı

1. Bu komandalar turnirdə debüt edir.

Məkanlar Ölkənin doqquz şəhəri arasında seçim edilmişdir. Çeonan, Daejeon, İnçeon, Jeju, Jeonju, Suvon ev sahibliyi edəcək şəhərlər arasında seçilmiş, Seul, Pohan, Ulsan isə bu siyahıdan çıxarılmışdır.

Çeonan Daejeon İnçeon Çeonan stadionu Daejeon Dünya Kuboku stadionu İnçeon Futbol stadionu Tutumu: 25,814 Tutumu: 39,654 Tutumu: 19,649 150px 150px 150px Jeju Jeonju Suvon Jeju Dünya Kuboku stadionu Jeonju Dünya Kuboku stadionu Suvon Dünya Kuboku stadionu Tutumu: 29,346 Tutumu: 41,785 Tutumu: 42,655 150px 150px 150px

Təşkilatçılıq Aşağıdakı məqamlar turnirin təşkilində əsas məqamlar olmuşdur: Oyun qrafiki FİFA tərəfindən 23 noyabr 2015-ci ildə hazırlanmışdır. Keçmiş Cənubi Koreya milli futbolçuları An Yun-hvan və Park Ci-sunq turnirin səfirləri təyin edilmişdir. Turnirin rəsmi emblemi, sloqanı ("Trigger the Fever") və turnirin siması 16 iyun 2016-cı ildə tanıdılmışdır. Rəsmi talisman Çaormi 25 avqust 2016-cı ildə təqdim edilmişdir. 18 oktyabr 2016-cı ildə qəbul olunan könüllülük proqramına 1 noyabr 2016-cı ildən start verilmişdir. Rəsmi posterlər 27 oktyabr 2016-cı ildə təqdim edilmişdir. Məkan paket biletləri 1 noyabr 2016-cı ildən, ümumi biletlər isə 2 yanvar 2017-ci ildən satışa çıxarılmışdır. Bütün biletlərin satışı 16 mart 2017-ci ilə qədər davam etmişdir. NCT Dream Yerli Təşkilat Komitəsi tərəfindən səfir təyin edilmiş və turnirin rəsmi musiqini bəstələmişlər.

Musiqi NCT Dream Yerli Təşkilat Komitəsi tərəfindən səfir təyin edilmiş və "Trigger the Trigger" musiqisi turnirin rəsmi musiqini bəstələmişlər.

Püşkatma Püşkatma mərasimi 15 mart 2017-ci ildə KST (UTC+9) vaxtı ilə 15:00-da Cənubi Koreyanın Suvon şəhərində Suvon Artriumda keçirilmişdir. FİFA U-20 Dünya Çempionatının qalibi olmuş iki Argentinalı futbolçu Dieqo Maradona və Pablo Aymar püşkatma mərasimində iştirak etmişdir. Mərasimdə iştirak edənlər arasında Cənubi Koreyanın SHINee büt qrupunun solisti Minho Çoi də var idi.

24 komanda hər bir qrupda dörd komanda olmaq şərtilə altı qrupda mübarizə aparır. Cənubi Koreya ev sahibi olduğu üçün A1 mövqeyində yer almışdır. Komanda son beş FİFA U-20 Dünya Çempionatlarındakı (daha çox son turnirlərdəki nəticələri aiddir) nəticələri əsasında müvafiq səbətlərə ayrılmışdır. Konfederasiya çempionlarına ayrıca bonus xallar verilir. Eyni konfederasiya komandaları qrup mərhələsində bir-birilə qarşı-qarşıya gələ bilməzlər.

Səbət 1Səbət 2Səbət 3Səbət 4

Oyun rəsmiləri Ümumilikdə 22 hakim triosu (bir hakim və iki hakimin köməkçiləri), 5 köməkçi hakim və 21 video köməkçi hakim turnirə təyinat almışdır. Bu turnirdə ilk dəfə olaraq FİFA-nın video hakim-köməkçilərindən istifadə edilmişdir.

Konfederasiya Hakim Hakim köməkçiləri Dördüncü hakim Video köməkçi hakim AFC Abdulrahman Al-Yassim Taleb Al-Marri Saud Al-Maqaleh Ahmed Al-Kaf Muhammad Taqi Alcafari Ryuci Sato Navaf Şukralla Abdulla Hassan Mohamed Mohamed Al-Hammadi Hasan Al-Mahri Kim Yon-hyeok Yoon Kvan-yeol Kim Youn-ha KAF Sidi Alioum Evarist Menkouande Elvis Qay Nupue Nqueque Bamlak Tessema Veyesa Mehdi Abid Çaref Malanq Diedhiu Erik Otoqo-Kastane Gehad Qrişa Reduane Açik Valed Ahmed Canni Sikazve Cerson dos Santos Zaxele Sivela CONCACAF Yoel Agilar Xuan Zumba Villiam Torres Yadel Martinez Roberto Qarsiya Rikardo Montero Con Pitti Valter Lopez Gerson Lopez Hermenerito Leal Sesar Ramos Marvin Torrentera Migel Hernandez CONMEBOL Xulio Baskunan Karlos Astroza Kristian Şiemann Mario Diaz de Vivar Xose Arqote Vilton Sampayo Geri Varqas Mauro Viqliano Andres Kunya Nikolas Taran Maurisio Espinosa Dieqo Haro Conni Bossio Raul Lopez Roddi Zambrano Kristian Leskano Biron Romero OFC Matt Konger Simon Lount Tevita Makasini — Nik Valdron Norbert Hauata Fillippe Revel Bertrand Brial UEFA Cüneyt Çakır Bahattin Duran Tarık Ongun İvan Krujliak Villiam Kollum Pavel Kralovek Danni Makkelie Svein Oddvar Moen Daniele Orsato Anastasios Sidiropoulos Feliks Zvayer Yonas Eriksson Matias Klasenius Daniel Varnmark Sergey Karasev Anton Averyanov Tixon Kaluqin Viktor Kassai Györgi Rinq Vensel Tot Byörn Kuypers Sander van Roekel Ervin Zeinstra Şimon Marçiniak Pavel Sokolniki Tomaş Listkieviç Antonio Mateu Lahoz Pau Sebrian Devis Roberto Diaz Perez

Heyətlər

Hər bir komanda ilk olaraq 35 futbolçudan ibarət ilkin heyəti açıqlayır. Son olaraq hər bir komanda 21 futbolçudan ibarət olan heyəti (onlardan üçü qapıçılar olmalıdır) FİFA rəsmilərinə təqdim etməlidir. Final heyətinə daxil edilən futbolçulardan biri zədələnərsə, komandanın ilk oyununa 24 saat qalmış digər futbolçu ilə əvəz olunmalıdır. Heyətlər 11 may 2017-ci ildə FİFA tərəfindən açıqlanmışdır.

Qrup mərhələsi Hər bir qrupun ilk iki yeri tutan komandası və dörd ən yaxşı nəticə göstərən üçüncü yer tutan komandalar 1/8 final mərhələsinə vəsiqə qazanır. Hər qrupdakı komandaların reytinqi aşağıdakı kimi müəyyən edilmişdir (normativ hüquqi aktlar Maddə 17.7):

Əgər iki və ya daha çox komandanın ilk üç meyarı bərabər olarsa, onların reytinqi aşağıdakı kimi müəyyən edilmişdir:

Bütün oyunlar yerli vaxtla, KST (UTC+9).

A Qrupu

B Qrupu

C Qrupu

D Qrupu

E Qrupu

F Qrupu

Üçünce yer komandalarının sırası Üçüncü yer tutan milli komandalardan dörd ən yaxşı komanda aşağıdakı kimi müəyyən edilmişdir (normativ hüquqi aktlar Maddə 17.8):

1/8 final mərəhələsinin qarşılaşmaları 1/8 final mərhələsinə çıxan üçüncü yer tutan komandalar turnir haqqında əsasnamənin 18-ci bölməsində dərc olunmuş məlumata görə, A, B, C və D qruplarının qalibləri ilə qarşılaşacaq.

Üçüncü yer komandalarının qrupları: 1A qarşı oynayır: 1B qarşı oynayır: 1C qarşı oynayır: 1D qarşı oynayır: A B C D 3C 3D 3A 3B A B C E 3C 3A 3B 3E A B C F 3C 3A 3B 3F A B D E 3D 3A 3B 3E A B D F 3D 3A 3B 3F A B E F 3E 3A 3B 3F A C D E 3C 3D 3A 3E A C D F 3C 3D 3A 3F A C E F 3C 3A 3F 3E A D E F 3D 3A 3F 3E B C D E 3C 3D 3B 3E B C D F 3C 3D 3B 3F B C E F 3E 3C 3B 3F B D E F 3E 3D 3B 3F C D E F 3C 3D 3F 3E

Final mərhələsi Pley-off mərhələsində əgər normal oyun vaxtının sonunda qalib müəyyənləşməzsə, əlavə vaxt oynanılır (hər biri 15 dəqiqə olan iki dövrə) və ardınca, lazım gələrsə, qalibi müəyyənləşdirmək üçün oyunsonrası penaltilər keçiriləcək. Lakin üçüncü yer uğrunda görüşdə heç bir əlavə vaxt oynanılmır və qalib yalnız penalti zərbələrindən sonra müəyyən edilir.

1/8 final

1/4 final

Yarımfinal

Üçüncülük oyunu

Final

Mükafatlar Aşağıdakı mükafatlar turnirin sonunda təqdim olunmuşdur. Mükafatlar Adidas şirkəti tərəfindən maliyyələşdirilmişdir. Qızıl TopGümüş TopBürünc Top Dominik Solanke Federiko Valverde Yangel HerreyraQızıl ButsGümüş ButsBürünc Buts Rikkardo Orsolini Coş Sargent Jan-Kevin Oqustin5 qol, 0 assist4 qol, 1 assist4 qol, 0 assistQızıl Əlcək Freddi VudmanFİFA Fair Play Mükafatı

Bombardirlər Qalın şriftlərlə göstərilən futbolçuların komandaları hələ də mübarizə aparır 5 qol

Rikkardo Orsolini

4 qol

Dominik Solanke Jan-Kevin Oqustin Coş Sargent Serxio Kordova Feşn Sakala

3 qol

Ademola Lukman Reza Şekari Ritsu Doan Dioqo Qonçalves Bonq Kalo

2 qol

Lautaro Martinez Marselo Torres Bryan Kabezas Dominik Kalvert-Levin Allan Sen-Maksimin Xorxe Alvarez Cuseppe Paniko Li Seunq-vo Paik Seun-ho Ronaldo Sisneros Myer Bevan Xadas Abdulrahman Əl-Yami Jeremi Ebobisse Bruks Lennon Nikolas De La Kruz Adalberto Penaranda Samuel Sosa Emmanuel Banda Patson Daka Enok Mvepu

1 qol

Markos Senesi Federiko Zaraço Costin Dali Randall Leal Cimmi Marin Jordi Kaysedo Hernan Lino Adam Armstronq Luis Kuk Kieran Douell Amine Harit Denis-Vill Poha Martin Terriye Markus Turam Yonas Arveyler Kentu Malkolm Badu Emmanuel Ayoha Filipp Oks Fabian Rise Suat Serdar Sendel Kruz Mehdi Mehdixani Federiko Dimarko Andrea Favilli Luka Vido Koki Oqava Lim Min-hyeok Li Sanq-heon Edson Alvarez Kevin Maqana Hanter Aşvort Bruno Kosta Helder Ferreyra Xande Silva Abdulelah Əlamri Ousseynu Diaqne İbrahima Niane Qrant Margeman Luka de la Torre Casten Qləd Laqos Kunqa Oston Trasti Ronaldo Uilkins Rodriqo Amaral Santyaqo Bueno Matias Olivera Nikolas Skiappakasse Federiko Valverde Nahuel Ferraresi Yangel Herreyra Vuilker Farinez Yan Karlos Hurtado Ronaldo Pena Uilliams Velaskez Edvard Çilufya Şemmi Mayembe

1 avto qol

Fikayo Tomori (Qvineya ilə görüşdə) Nima Taheri (Portuqaliya ilə görüşdə) Takehiro Tomiyasu (CAR ilə görüşdə)

Final cədvəli Futbol statistik konvensiyasına əsasən, əlavə vaxt olarsa, oyun qələbə və məğlubiyyət kimi, oyun sonrası penaltilər olarsa, oyun heç-heçə kimi hesablanır.

Sponsorlar Adidas Coca-Cola Qazprom Hyundai–Kia

VISA

Televiziya yayımları : KBS, MBC, SBS : TyC Sports : Sportv, Rede Bandeirantes : TSN : RTV (4 oyun yarımfinal və final görüşləri) : BS Fuji, Fuji TV One Two Next : Astro : TDN : Sky Sport : Tigo Sports : Latina Televisión : ABS-CBN : Eurosport Cənubi Amerika: DIRECTV : ELTA TV (Tayvan) (4 oyun yarımfinal və final görüşləri) : Fox Sports, Telemundo, NBC Universo : Meridiano Televisión : VTV

İstinadlar

Xarici keçidlər FIFA U-20 World Cup , FIFA.com

Kateqoriya:2017 FİFA U-20 Dünya Çempionatı Kateqoriya:FİFA U-20 Dünya Çempionatı Kateqoriya:2017-ci ildə futbol