Naxçıvan Muxtar Respublikasındakı toponimlərı — Naxçıvanın coğrafi adlarının toponimləri.
Etnik mənşəli toponimlərin tarixi Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış coğrafi adların bir qrupu uzaq, tarixi keçmişdə meydana gəldiyi halda, başqa bir qrupu orta əsrlərdə və qismən müasir dövrdə yaranmışdır. Coğrafi adların tarixi, dilçilik, coğrafi baxımdan tədqiqi onların yaranma vaxtının aydınlaşdırılması, mənalarının aşkarlanması paralellərinin müəyyənləşdirilməsində və coğrafi yerləşməsinin aşkarlanmasında mühüm elmi əhəmiyyət kəsb edir. Deməli, toponimlər tarixi dəlilsiz, köksüz, etimologiya baxımından izahsız lal, coğrafi cəhətdən araşdırılmadan isə məkansızdı.B. Ə. Budaqov, Q. Qeybullayev. Naxçıvan diyarının yer yaddaşı. Bakı: Nafta Pres, 2004, səh. 6–32.
Naxçıvan MR ərazisində mövcud olan coğrafi adlardan bir qrupunun adı türkdilli xalqların yaşadığı ərazilərdə də tarixən kök salmışdır. Naxçıvan bölgəsi Manna (e.ə. IX–VII əsrlər), Maday (e.ə. VII–VI əsrlər) və Atropatena (e.ə. IV-əsr-b.e. IV–III əsrinə qədər) dövlətlərinin tərkib hissəsi olmuşdur. Manna və Maday dövlətləri vaxtlarında Naxçıvan bölgəsinin necə adlandığı müəyyən edilməmişdir. Yalnız Strabon (I əsr) bu bölgənin Basoropeda adlandığını yazmışdır ki, bu da qədim erməni mənbələrindəki Vaspurakan və ərəb mənbələr indiki Basfurcan adlarının qədim yunan dilində yazılış formasıdır.Strabon, XI, 14.5
Vaspurakan toponimi farscadır ki, bu da "Şahzadə ölkəsi" mənasındadır.Бах: Книга деянии Ардашира, сына Папакана. М., 1987, с. 20.
Bu ad, deyildiyi kimi yalnız birinci əsrdən məlumdur və görünür Əhəmənilər dövründə yaranmışdır. O dövrdə indiki Naxçıvan bölgəsi də bu dövlətə daxil idi. Naxçıvan adı, aşağıda deyiləcəyi kimi, Klavdi Ptolemeyin əsərində eraməzən II əsrindən məlumdur və yalnız şəhər adı kimi qeyd olunmuşdur. Bölgənin bu şəhərin adı ilə Naxçıvan adlanması XII–XIII əsrlərə aiddir. Naxçıvan bölgəsi tarixən Cənubi Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tərkibində olmuşdur. Həmin dövlətlərin türk mənşəli etnosların siyasi qrumları olması artıq şübhə doğurmur.Юсифов Þ.Б. Ранные контакты Метопотаии с северо-восточними странами. (Приурмийскау зона). "Вестник древней истории". 1987, № 1, yenə onun : К значении древних топонимов в изучении этнической истории Азербайджана. "Извести АН Азерб. ССР. Сериу литературы, языка и искусства". 1987, № 2; Qeybullayev Q. Ə Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, 1994; Azərbaycanlıların etnik tarixinə dair. Bakı, 1994
Şübhəsiz ki, Cənubi Azərbaycan ərazisində yaşamış bu tayfalar həm də Naxçıvan bölgəsində məskun idi. Bu yalnız məntiqi nəticədir, lakin bu nəticəni təsdiqləyən faktlar vardır. Bu farktlar həm bu bölgədə yaşayanlar barədə məlumatlar, həm də bölgənin qədim toponimləridir. Naxçıvan (Naksuan və Naxçuvan) adının dil mənsubiyyəti və mənası haqqında çoxlu fikir irəli sürülmüşdür. Yalnız Y. B. Yusifov son illərdə Naxçıvan adının mənasını aça bilmişdir. O, doğru olaraq bu nəticəyə gəlmişdir ki, Naxçıvan şəhərinin iki adı olmuşdur: Naksuan və Nəşava və bu adların birincisi qədim türkcə, ikincisi farscadır. Müəllif düzgün tapmışdır ki, Naşəva farsca "Xoş su" mənasını verdiyi kimi, Naksuan da türk dillərində "Xeyirxah su yeri" mənasındadır.Юсифов Ю. Б. Топонимика и этническаÿ история древнего Азейрбайджана. "Azərbaycan onomastikası problemlərinə dair konfransın materialları". Bakı, 1987, s. 108–111.
Həqiqətəndə də Naxçıvan şəhərinin ətrafı mineral su bulaqları ilə zəngindir. Mineral bulaqlar (xüsusilə müalicə əhəmiyyətli sular) adamlara daha əvvəllər məlum idi. Təsadüf deyil ki, Azərbaycanın bir sıra yaşayış məntəqə adları məhz belə bulaq adlarını əks etdirir). Buna misal olaraq, Naxçıvan bölgəsində Vayxır Sirab Badamlı kənd adlarını da göstərmək olar. Azərbaycanın digər bölgələrində Varna, Avaxıl, Xaltan və s. kənd adları da məhz əvvəlcə mineral su adlarıdır.Гейбуллаев Г.А. К происхождении некоторых гидронимов Азербайджана. Известиу АН Азербайджанской ССР, сериу истории, философии и право, 1983, № 2.
Etnik tərkibli coğrafi adların toponimi Naxçıvan bölgəsində başqa etnik mənşəli xalqlar da yaşayırdı. 654-cü ildə ərəb sərkərdəsi Həbib ibn Məsləmənin naxçıvanlılarla müqaviləsində yəhudilər də qeyd olunmuşdur. Naxçıvan bölgəsinə köçürülənlər türkmənşəlilər idi. Erkən orta əsrlərdə Naxçıvan bölgəsində əhalinin etnik tarixinə dair müəyyən məlumatıar vardır ki, bunlar eranın əvvəllərindən başlayaraq şimaldan gəlmiş bulqar, hun, peçeneq, kəngər və xəzər tayfalarıdır. Naxçıvan bölgəsində tarixən kəngərlər mühüm rol oynamışlar. Kəngərlərin Cənubi Qafqazda məskunlaşması eranın əvvəllərinə aiddir. 1831-ci ilə aid mənbədə göstərilir ki, Naxçıvan əyalətində iki böyük tayfa birləşməsi vardır: Kəngərlər və Qaraçalar. Naxçıvan bölgəsində eramızın əvvəllərində məskunlaşmış digər türkdilli taytfa peçeneqlərdir. Peçeneqlər Orta Asiyanın qədim türkdilli tayfalarından biri olmuşdur. Mənşəcə onlar antik mənbələrdə qey olunan basinelərdir. Peçeneqlər Orta Asiyada Sır-Dərya çayının hövzələrində eradan əvvəl III əsrdə yaradıqları Kanq dövlətinin yaratmış hissəsi Kəngər adlanmışdır. Deməli, Peçeneqlərlə-kəngərlər eyni tayfanın adamları idilər. Onlar da eranın əvvəllərində hunların tərkibində Cənub-Şərqi Avropa çöllərindən Cənubi Qafqaza gəlmişlər. Peçeneqlər Albaniyada indiki Ermənistan ərazisində və Naxçıvan bölgəsiundə məskunlaşmışdılar. Naxçıvan bölgəısində Xəzəryurd oronimi göstərir ki, orada xəzərlər də yaşamışlar. Şimali Qafqazın Xəzərsahili ərazisi xəzərlərin ana yurdu hesab olunur.2 Плетнева С.А.Хазары. М. 1976, с. 16.
Ona görə də xəzərlərin Cənubi Qafqazla münasibətlərinin qədim tarixi vardır. V əsrə aid qədim erməni mənbəyinə görə xəzərlərin indiki Ermənistan ərazisinə hərbi yürüşləri eranın II əsrində başlanmışdır.Истрии Армении Моисей Хоренского, М., 1893, с. 113.
Alban tarixçisi Mysa Kalankatlı xəzərlərin Albaniyaya ilk hücumunu 350-ci ilə aid edir. Ərəb tarixmisi Təbəriyə görə, Sasani şahı Xosrov Ənuşirəvan Kür-Araz çayları arasında 10 min Xəzər ailəsini yerləşdirmişdi.Буниятов З.М. Азербайджан в VII–IXвв. Баку, 1965, с.107–116.
Toponimlər
Oykonimlər Naxçıvan MR ərazisində olan etnotoponimlərdən danışılan və tədqiqi olunan ərazidə bir yaşayış məntəqələri vardır ki, onlar təbii şəraitdən irəli gəlmiş cəhətləri öz adlarında əks etdirirlər. Deyilənlərə aşağıdakı misalları çəkmək olar. Zırnel kəndi (Şahbuz rayonu), əslində Zərnil – Qızılçay (Qırmızıçay) deməkdir. Bu kənd sürüşmə nəticəsində dağıldığından onu başqa yerə köçürüblər. Kəndin adı onun ətrafında olan dağ süxurlarının rəngindən götürülmüşdür. Qızılca kəndinin (Culfa rayonu) adı süxurun qırmızı rəngə çalması ilə bağlıdır. Qızılvəng kəndinin (Babək rayonu) adı qırmızı daşdan tikilmiş kilsə deməkdir. Kükü kəndinin adı (Şahbuz rayonu) Azərbaycan xörəklərindən birinin adındandır, lakin kükü o ətraflarda bitən yeməli göy otlardan hazırlanır. Əslində Kükü kənd dı Kükü dərəsində olan yaşıllığı, dağ yamaclarını yaşıl ota, çiçəkli çəmənliyə qərq edən subalp çəmənliyi ilə bağlıdır. Kükü kəndindən şimalda Dərələyəz silsiləsi su ayrıcında ucalan Kükü dağının adını erməni psevdoalimləri özününkü etmək məqsədilə ermənicə Qoqi adlandırmışlar. Şərur rayonunda Günnüt kəndi gündəyən yerdə salındığından belə adlanır. Günnüt eyni zamanda etnotoponimdir. Qızılqışlaq xarabalığı adının birinci hissəsi dağ süxurlarının qırmızı rəngə çalmasından alınmışdır. Qarakəmər dağının adı həmin dağın yüksək hissəsi boyu uzanan qaraya çalan qayalı çıxıntıların yamacı kəmərləməsindən götürülmüşdür (Ordubad rayonu). Paradaş kəndinin adı (Culfa rayonu) dağ süxurları fiziki aşınmanın təsirindən ayrı-ayrı kiçik hissələrə bölündüyündən və onların hər biri pulu, dəmir paranı andırdığından para (para-para, pul-pul olan) daş adının birləşməsindən meydana gəlmişdir. Naxçıvan MR-da olan toponimlərin bir qismi təbii şəraitlə bağlı olaraq yaranır.
Oronimlər Naxçıvan MR ərazisi dağətəyi düzənlikdən başlayaraq Qapıçıq dağına qədər (3906 m) uzanır. Muxtar Respublika ərazisinin şərq hissəsində Araz çayının sol sahilindən başlayaraq Biçənək aşırımına (2348) qədər Zəngəzur dağları silsiləsi ucalır, qərbdən və şimal-qərbdən başlanan Dərələyəz silsiləsi Biçənək aşırımında Zəngəzur silsiləsinə qovuşur. Gəlinqaya dağının mütləq yüksəkliyi 2773 metrdir. Zəngəzur silsiləsinin qərb yamacından ayrılan dağ qolları çay dərələrinin sağ və sol hissələri boyu uzanmaqla onların hövzələrini hüdudlaşdırır. Araz çayının sol sahili boyu uzanan Arazsahili düzənlik dağlara doğru tədricən ucalaraq orta dağlıq ərazinin qərb ətəkləri ilə qovuşur. Naxçıvan MR ərazisinin ən alçaq yeri Ordubad rayonu ərazisində, Araz şayı yatağında 600 m mütləq yüksəkliyə malikdir. Deməli, Muxtar Respublikanın ərazisi əsasən dağlıqdır. Bu səbəbdən də Naxçıvan MR ərazisində olan oronimlər miqdarca çoxsaylı, mənaca müxtəlif məzmunludur. Bu, ərazinin müsbət və mənfi relyef formalarını əks etdirən coğrafi terminlərin və sözlərin zənginliyi ilə əlaqədardır. Oronim yaradan topoformantlara ağ, ala, aran, baş, boğaz, boyun, vəng, qabaq, qapı, qara, qızıl, qoşun, qutan, quzey, dağ, daş, dərə, kəsən, keçəl, gədik, gəz, güney, əxi, kelə, key, kənd, oba, oyuq və s. göstərmək olar. Naxçıvan MR ərazisi tarix boyu Cənubi Azərbaycan və İranla, o cümlədən də Cənubi Azərbaycanla sıx etnik və mədəni əlaqədə olduğuna görə buranın oronimiyasında fars mənşəli sözlər də vardır. Müsbət relyef formalarının müxtəlif çalarlarını əks etdirən dağ, dik, yoxuş, tap, təpə, uca, dağ düzənliklərini əks ertdirən (düz, taxta sal və s.) sözləri geniş yayılmışdır. Naxçıvan MR ərazisində mezooronimlərə Zəngəzur, İlandağ, Dərələyəz, Qapışıq, Gəlinqaya, Soyuqdağ və s. göstərmək olar.
Hidronimlər Naxçıvan MR ərazisində hidronimləri yaradan topoformantlar içərisində Azərbaycan (türk) mənşəli, ağ, arx, bazar, boz, bulaq, qara, qızıl duz, kanal, göl, isti, nohur, sarı, sel, sərin, soyuq, su, çay, şirin, şor və s. fars mənşəli ab (su), rud (çay), bah, bəh – "xeyirxah", "yaxşı", "xoş" (məsələn, Bəhrud, Vayxır), çeşmə (bulaq) və ərəb mənşəli nəhr (çay, kanal) sözləri əsas yer tutur. Bununla əlaqədar olaraq Naxçıvan MR ərazisində su mənbələrinin adları mənaca müxtəlifdir. Suyun keyfiyyətini bildirən topoformantlar içərisində qara – içilməsi məsləhət görülməyən su (məsələn, Qarasu çayı, Şərur rayonu) ağ – "içməli su" (Ağbulaq, Ağçay və s.) xüsusilə geniş yayılmışdır. Gursulu yüksək keyfiyyətli sulu bulaqları Xanbulaq (Şərur rayonu), Xançeşmə, Şirinsu, Sərinçeşmə (Ordubad rayonu), Şahbulaq (Şahbuz rayonu) adlandırmışlar. Şırranlıçay (Ordubad rayonu) və Qavalsuçay adları suyun axdıqda əmələ gətirdiyi səsləri əks etdirir. Bulaqlar üzə çıxarkən göz-göz olur. Mineral bulaqların çoxluğu və onların hidrokimyəvi tərkibi baxımından Naxçıvan MR ərazisini mineral bulaqlar muzeyi adlandırmaq olar. Naxçıvan MR və Badamlı, Aşağı Ləkətağ, Yuxarı Ləkətağ, Darıdağ, Cuğa Sirab, Vayxır, Parağaçay, Gümür adlı mineral bulaqları vardır. Mineral bulaq adlarının əksəriyyəti oradakı yaşayış məntəqələrinin adlarından ibarətdir. Ancaq Sirab kənd adı oradakı Sirab (sirli su) adı ilə bağlıdır. Eyni sözü Vayxır kəndinin adı barədə də demək olar. Q. Ə. Qeybullayevin yazdığına görə, Vayxır kəndinin adı oradakı Vayxır bulağının adındandır. Bulağın adı isə orta (fars dilində) vah – "yaxşı", "xeyirxah" və xvar – "yer" sözlərindən ibarətdir ki, bu da bulağın müalicə əhəmiyyətli mineral su olması ilə əlaqədardır. Tədqiqatçılar (M. Qaşqay, Ə. Əsgərov) Naxçıvan MR mineral bulaqlarını kimyəvi tərkiblərinə görə hidrokarbonatlı, hidrokarbonatlı-xloridli, hidrokarbonatlı-sulfatlı, xlorid-hidrokarbonatlı tiplərinə ayırmışlar.
Zoonimlər