Əli Cəlil oğlu Məmmədov () — Sosialist Əməyi Qəhrəmanı (1949).
Həyat və əmək fəaliyyəti Əli Məmmədov 1898-ci ildə İliç rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1928–1953-cü illərdə Naxçıvan rayonunun "Azərbaycan" kolxozunda sədr işləmişdir. 1948-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Naxçıvan MSSR Ali Sovetinin (2-ci çağırış) deputatı olmuşdur. Azərbaycan SSR və Zaqafqaziya MİK-lərinə, Azərbaycan KP MK Naxçıvan Vilayət Partiya Komitəsinə üzv seçilmişdir. 24 iyun 1949-cu ildə qoyunçuluğun inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni, "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif olunmuşdur. Əli Məmmədov 1968-ci ildə Naxçıvanda vəfat etmişdir.
Mənbə
Məmmədov Əli Cəlil oğlu // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.
Kateqoriya:SSRİ heyvandarları Kateqoriya:Naxçıvanda vəfat edənlər Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Naxçıvanlı Sosialist Əməyi Qəhrəmanları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin I çağırış deputatları