Yekaterina Xilko () — Özbəkistanı təmsil edən batut gimnastı. Yekaterina Xilko, 2000, 2004, 2008, 2012 və 2016-cı illərdə Özbəkistanı Olimpiya Oyunlarında təmsil edib. 2008 Pekin Olimpiadasında bürünc medal qazanan Yekaterina Xilko, həm də Dünya Çempionatlarında 1 bürünc medala sahib olub.

Karyerası

2000 Sidney Olimpiadası Yekaterina Xilko, 2000-ci ildə Özbəkistan bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Xilko, 36.60 xal topladı və 8 idmançı sırasında 4-cü yeri tutdu.

2004 Afina Olimpiadası Yekaterina Xilko növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Xilko, 61.60 xal topladı və 16 idmançı sırasında 11-ci yeri tutaraq mübarizəni dayandırdı.

2008 Pekin Olimpiadası Yekaterina Xilko üçüncü dəfə Olimpiya Oyunlarına, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Xilko, 36.90 xal topladı və 8 idmançı sırasında 3-cü yeri tutaraq Olimpiya Oyunlarının bürünc medalını qazandı.

2012 London Olimpiadası Yekaterina Xilko dördüncü dəfə Olimpiya Oyunlarına, 2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Xilko, 99.290 xal topladı və 16 idmançı sırasında 12-ci yeri tutaraq mübarizəni dayandırdı.

2016 Rio-de-Janeyro Olimpiadası Yekaterina Xilko sonuncu, beşinci dəfə Olimpiya Oyunlarına, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Xilko, 97.525 xal topladı və 16 idmançı sırasında 12-ci yeri tutaraq mübarizəni dayandırdı.

İstinadlar

Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2008 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2008 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:Olimpiya bürünc medalına sahib Özbəkistan idmançıları Kateqoriya:Olimpiya medallı gimnastlar Kateqoriya:2006 Asiya Oyunları medalçıları Kateqoriya:2010 Asiya Oyunları medalçıları