Kıvanç Tatlıtuğ () — Türk aktyoru və keçmiş manken.
Həyatı və karyerası Atası Adanalı, anası Ədirnəli olan Kıvanç, 1983-cü il oktyabrın 27-si Türkiyənin Adanada şəhərində doğulmuşdur. 2002-ci ildə Best Model of Turkey və daha sonra Best Model of the World seçilməsi ilə məşhurlaşdı. İlk olaraq "Gümüş" adlı serialda Mehmet obrazını canlandıran Tatlıtuğ daha sonra "Menekşe" və "Halil" adlı serialda Halil obrazını canlandırdı. 2008-ci ildə çəkilmiş Qadağan olunmuş eşq serialında Behlül obrazını, 2010-cu ildə qonaq obraz olaraq "Ezel" serialında Səkkiz obrazını, 2011–2013-cü illərdə isə "Kuzey Güney" adlı serialda Kuzey obrazını canlandırmışdır. Son olaraq "Qurd Səyid və Şura" serialında Farah Zeynəb Abdullah ilə baş rolda oynamışdır. 2018-ci il noyabrın 22-sindən 2019-cu il mayın 30-na qədər Show TV-də yayımlanan "Çarpışma" teleserialında Kadir obrazını canlandırmışdır.
İstinadlar
Kateqoriya:Boşnakəsilli türklər Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Qızıl Kəpənək mükafatı laureatları Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Türk kişi modelləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Albaniyaəsilli Türkiyə şəxsləri Kateqoriya:Türkiyə kişi film aktyorları