Ksonotlit (ekleit, curupait) Ca6 [Si6O17] (OH)2
—monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir.
Xassələri Rəng – ağ, boz, bəzən solğun-çəhrayi;
Parıltı – liflər boyu ipəyi;
Şəffaflıq – qeyri-şəffafdır, lakin dənələrinin kənarları işıq keçirir;
Sıxlıq – 2,61–2,75;
Sərtlik – 5–6,5;
Ayrılma – {100} üzrə mükəmməl, {001 } üzrə orta;
Sınıqlar – tikanlı;
Başqa xassələr – çox özlüdür;
Morfologiya – kristallar: iynəvari,
Mineral aqreqatları: sıx və naziklifli kütlələr.
Mənşəyi və yayılması Ksonotlitin əmələ gəlməsi üçün ən əlverişli mühit ultraəsasi və əsasi süxurların əhəngdaşları ilə kontakt zonasıdır. Skarnlarda, serpentinitlərdə, orta və yüksək temperaturlu hidrotermal damarlarda qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: pektolit, prenit, kalsit. Mineralın tapıldığı yerlər: Sahil silsilələrinin kontakt zonaları, Riel adası (ABŞ); Tetela-de Ksonotola (Meksika); Bosso yarımadası (Yaponiya); Talnax (Rusiya) və b. Azərbaycanda ksonotlit Laçın və Kəlbəcər rayonlarının serpentinitlərində və Talışın subqələvi bazaltoid formasiyasının süxurlarında aşkar edilmişdir.
Tətbiqi Sementin mühüm komponentidir.
İstinadlar
Mənbə Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Xarici keçidlər
General Xonotlite Information
Kateqoriya:İnosilikatlar Kateqoriya:Kalsiumun mineralları Kateqoriya:Monoklinik sinqoniya mineralları Kateqoriya:Sement