Bulteryer — it cinsi.Bulteryer// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 72. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Tarixi 19-cu əsrin ortalarında Böyük Britaniyada buldoqlar və ağ ingilis teryerləri əsasında yaradılmışdır. İlk standartı 1887-ci ildə qəbul olunmuşdur.

Haqqında İt döyüşdürülməsində və öküz gəmişdirtməsində istifadə edilir.

Xüsusiyyətləri Aydın görünən qalın əzələli, cəld və güclü itdir. Bulteryerin bədən quruluşu ölçüsünə və cinsinə müvafiq maksimum möhkəm olmalıdır. Cidov hündürlüyü 40–45 sm, kütləsi təqribən 25 kq-dır (cırtdan Burtelyerin müvafiq olaraq – 35,5 sm-ədək və 8 kq-adək). Başı yumurtavarı, çənəsi iri və güclüdür. Xırda, üçbucaq şəkilli gözləri dərində yerləşir. Tükü qısadır. Rəngi ağ, pələngxallı, üçrəngli, kürəndir; rəngli variantları, adətən, ağ ləkəli olur. Burtelyer cəsarətli və temperamentlidir; ağrıya həssaslığı azdır. Bacarıqla və ciddi tərbiyə olunmalıdır.

Qalereya

İstinadlar

Xarici keçidlər Bulteryer İtlər və onların bacarıqları haqqında məlumatlar

Kateqoriya:Teryerlər