() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Cənubi Avropada, Baltikyanı ölkələrdə təbii halda bitir.
Botaniki xarakteristikası Hündürlüyü 4-6 m-ə çatan, düz gövdəli, şaxələnmiş və ya sallaq budaqlı kol və ya ağacdır. Cavan zoğları çılpaqdır, əvvəlcə yaşıl, sonra qonur-qırmızı rəngli olur. Yaşıl zoğları boz-qırçınlıdır. Yarpaqları saplaqlıdır, uzunluğu 2-9,5 sm, eni 6 sm-ə qədərdir, üst tərəfdən parlaqyaşıl, alt tərəfdən solğundur, hər iki tərəfdən sıx qısa, iki yerə bölünmüş tükcükləri olduğuna görə kələ-kötürdür, yumurtaşəkilli-ellipsvari və ya ellipsvari, qısa sivri sonluqludur; yarpağın qaidə hissəsi dəyirmi və ya enli-pazşəkillidir; yan damarçıqlar hər tərəfdən 4-5 ədəd yerləşmişdir. Çiçək qrupu çox vaxt yastı olur, eni 6 sm-ə qədərdir, çiçək qrupunun saplaq və budağı sıxılmış tüklüdür. Ləçəkləri 5-6 mm uzunluqdadır və neştərtvari formada olub, xaricdən tüklüdür. Çiçəklənməsi may-iyun aylarına təsadüf eləyir. Meyvələri şarşəkillidir, qara rəngdədir, diametri 5-9 mm-dir. Çəyirdəyi şarşəkillidir. Meyvə verməsi sentyabr ayına təsadüf eləyir.
Ekologiyası Şaxtaya, kölgəyə davamlıdır.
Azərbaycanda yayılması Böyük Qafqaz(BQ) Quba, BQ şərq, BQ qərb, Kiçik Qafqaz şimal, KQ cənub, KQ mərkəzi, Naxçıvan. dağ., Lənkəran dağ. Orta dağ qurşağına qədər.
Yaşayış mühiti Meşələrdə, meşənin kənarlarında, kolluqlarda, çayların sahilində,dərələrdə rast gəlinir.
İstifadəsi Oduncağı yaşılımtıl-ağ və ya qırmızı rəngli, möhkəm olduğu üçün taxta istehsalında istifadə edilir. Dekorativ bitki kimi bağ və parklarda əkilir.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:Asiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Türkiyə florası Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları