Ətyeməzli, Atyeməzli — Azərbaycan Respublikasının Ağdam rayonunun Qiyaslı kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Atyeməzli Ağdam rayonunun Qiyaslı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Cox vaxt Ətyeməzli Şəklində təqdim olunan bu coğrafi ad etnotoponim olub atyeməzlər tayfasının adı ilə bağlıdır və "at əti yeməyənlər" deməkdir. Atyeməzli kəbirli tayfa qrupuna daxil olan qərvəndli elinin bir qoludur. İranın Xorasan vilayətində də Atyeməz adlanan kənd qeydə alınmışdır. Güman edilir ki, atyeməzlilər vaxtilə Cənubi Azərbaycanın Atyeməz mahalından gəlmişlər"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..

Tarixi Ətyeməzli kəndi — Kəbirli tayfasının Qərvəndli qolunun Ətyeməzli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Əsli Atyeməzlidir. İranın Xorasan əyalətində Atyeməz nahiyəsinin adı ilə bağlıdır. Nadir Şah kəbirliləri Xorasana sürgün etmiş, lakin Şah öləndən sonra kəbirlilər geri-Qarabağa qayıtmışlar. Deməli Ətyeməzlər gətirilmə addır, yəni, Xorasanda kəbirlilərin bir hissəsinin Atyeməzdə qalması ilə bağlıdır. Ətyeməzli tirəsinin özü isə Şərifli, Zamanlar, Vəliuşağı, Əfəndilər, Baxışlar və s. nəsillərdən ibarət idi.

Ətyeməzli şəklində təqdim olunan bu coğrafi ad etnotoponim olub atyeməzlər tayfasının adı ilə bağlıdır və "at əti yeməyənlər" deməkdir. Atyeməzli kəbirli tayfa qrupuna daxil olan qərvəndli elinin bir qoludur.'''Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.64.

Əhalisi Əhalinin sayı 1529 nəfərdir.

Tanınmışları Əli Əliyev — kimya elmləri doktoru, professor

İstinadlar

Mənbə Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001

Xarici keçidlər

Kateqoriya:Ağdam rayonunun kəndləri