"Sülh ağacı" abidəsi Bakı şəhərində yerləşir. Abidə 17 may 2015-ci il tarixdə üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dövlət Bayrağı Meydanının yaxınlığında, Yeni Bulvarın ərazisində qoyulmuşdur.

Müəllif “Sülh ağacı” abidəsinin müəllifi YUNESKO-nun “Sülh naminə incəsənət xadimi” Hedva Serdir.

Quruluşu Abidənin quruluşunda təbiətdən ilhamlanan sevgi və ümid dolu səmaya ucalan əllər təsvir olunub.

Abidənin ideyası “Sülh ağacı” xalqlar arasında anlaşma rəmzi kimi qəbul edilir, münaqişələri həll etməyi, dünyada sülhü yaymağı təbliğ edir. “Sülh ağacı”, həmçinin YUNESKO-nun tolerantlıq, sülh simvolu hesab olunur.

İstinadlar

"Sülh ağacı" abidəsinin açılış mərasimi 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda “Sülh ağacı” abidəsinin açılış mərasimi olub

Kateqoriya:Azərbaycan abidələri