Pablo Neruda ( — əsas adı yerinə qəbul edilən ləqəbi; doğum adı: Rikardo Elieser Neftali Reyes Basoalto, ; ) — Çili şairi, diplomat, siyasi xadim, Çili Respublikası Senatının senatoru (1941-1949), Çili Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü (1958-1973), Çilinin Fransadakı səfiri (1970-1972), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1971).
Həyatı Əsl adı Rikardo Elieser Neftali Reyes Basoalto olan Çili şairi və diplomatı Pablo Neruda ölkənin mərkəzi hissəsində, Parral adlı kiçik şəhərdə doğulmuşdu. Şeir yazmağa on yaşında başlamışdı. Atası daha ciddi işlə məşğul olmasını istədiyindən Neftali Rikardo sirrinin açılmaması üçün şeirlərini Pablo Neruda təxəllüsü ilə çap etdirmişdi. Deyilənə görə, Pablo adı məşhur fransız şairi Pol (ispanca Pablo) Valerinin, Neruda soyadı isə çex şairi Yan Nerudanın soyadından götürülmüşdü. Sonralar bu ədəbi təxəllüs şairin həqiqi adına çevrilmişdi.
Məşhur Çili şairəsi, ölkənin ilk Nobel laureatı Qabriela Mistralla tanışlıq gənc poeziya həvəskarının gələcək ədəbi bioqrafiyasında mühüm rol oynamışdı. 1921-ci ildə Pablo Santyaqo pedaqoji institutunun fransız dili bölümünə daxil olsa da, paytaxtın mədəni həyatı onu institut məşğələlərindən daha çox cəlb edirdi. "Bayram nəğməsi" adlı şerinin Çili Tələbələri Federasiyasının müsabiqəsində mükafat alması Pablo Nerudanın şair olmaq qərarını daha da qətiləşdirmişdi. "Toranlıq" (1923), "İyirmi məhəbbət şeri və bir ümidsizlik nəğməsi" (1924) kitablarında toplanan şeirlər Nerudanı ədəbi dairələrdə məşhurlaşdırdı. İkinci kitabdakı əksər poetik nümunələrin açıq erotik xarakter daşımasına baxmayaraq, cəmiyyət onu qəbul etdi. "Ölməz insanın riski" (1926) kitabında müəllif ənənəvi qafiyə və təqtilərdən imtina edərək Çili şerini yeniləşdirmək yolunu tutmuşdu. Latın Amerikası ölkələrində tanınmış sənət adamlarını diplomatik xidmətə cəlb etmək artıq yüz ildən çox tarixi olan ənənəyə çevrilmişdir. Yəqin ki, elə bu ənənəyə uyğun şəkildə 1927-ci ildən Pablo Neruda da ölkəsinin əvvəlcə Birmada, sonra isə Seylon, Hindistan və Yaponiyada konsulu olmuşdu. 1933-cü ildə şair əsas poetik əsərinin — "Ünvanım — yer" kitabının birinci cildini çap etdirdi. Şeirlərdəki bədbinlik və melanxoliya əhvali-ruhiyyəsi Nerudanın qəlbən və ruhən bağlı olduğu Latın Amerikasından uzaqlığı və ayrılığı ilə əlaqəli idi.
1934-cü ildə Barselona və Madriddə Çili konsulu kimi çalışan Pablo Neruda burada böyük ispan şairi Qabriel Qarsia Lorka ilə tanış olmuşdu. Onlar birlikdə "Poeziyanın yaşıl atı" adlı jurnal buraxmağa başlamışdılar. Pablo Neruda "Ünvanım — yer" kitabının ikinci cildini (1935) Madriddə çap etdirmişdi.
İspaniyada vətəndaş müharibəsinin başlanması Neruda yaradıcılığına da təsirsiz ötüşməmişdi. Onun şeirləri getdikcə daha çox siyasi xarakter alırdı. Respublika tərəfdarları Çili şairinin "İspaniya qəlbimdədir" kitabını səngərlərdə oxuyurdular. Şair-diplomat ehtiyatsızlığa yol verərək respublikaçıların tərəfində olduğunu bildirəndə (1937) onu dərhal İspaniyadan geri çağırdılar. Bir il sonra qısamüddətli diplomatik missiya ilə göndərildiyi Parisdə də Pablo Neruda hər vasitə ilə Franko rejiminin cəngindən xilas olan respublikaçıların Çiliyə və digər ispandilli Cənubi Amerika ölkələrinə getmələrinə kömək edirdi.
İkinci Dünya müharibəsi illərində Meksikadakı Çili səfirliyində çalışan Pablo Neruda marksizm ideyaları ilə ciddi şəkildə maraqlanmağa başlamışdı. Nəticədə siyasi simpatiya axtarışları onu Kommunist partiyasının sıralarına gətirmişdi. 1944-cü ildə Çiliyə qayıtdıqdan sonra Pablo Neruda Kommunist Partiyasının siyahısından ölkə senatına üzv seçilmişdi. Lakin 1948-ci ildə hökumətin siyasətini sərt şəkildə tənqid etdiyinə və prezident Qabriel Qonsale Bilesi ABŞ-nin əlaltısı adlandırdığına görə şairin həyatı təhlükə qarşısında qalmışdı. O, bir neçə ay konspirativ mənzillərdə gizlənmiş, sonda isə at belində And dağlarını aşaraq Argentinaya qaça bilmişdi. Sonralar öz Nobel mühazirəsində bu macəralarını koloritli bir şəkildə mərasim iştirakçılarına çatdırmışdı.
Üç illik mühacirət dövründə Asiya və Avropanın bir sıra ölkələrinə, o cümlədən, Sovet İttifaqına səyahətə çıxan Neruda həm də 250 şerinin toplandığı "Hamının nəğməsi" (1950) kitabını çap etdirmişdi. Kitaba görkəmli rəssamlar — Dieqo Rivera və David Sikeyros illüstrasiyalar çəkmişdilər. "Hamının nəğməsi" gizli yollarla Çilidə də yayılmışdı. Geniş ictimai-siyasi fəaliyyətinə görə şair 1950-ci ildə Beynəlxalq Sülh mükafatına, 1953-cü ildə isə Xalqlar arasında Sülhün möhkəmləndirilməsinə görə Beynəlxalq Lenin mükafatına layiq görülmüşdü.
50-ci illərdə ölkəsində qəbul olunan liberal qanunlar Pablo Nerudaya vətənə qayıtmaq imkanı vermişdi. Sakit okean sahilindəki kiçik İsla-Neqra şəhərində məskunlaşan şair üçüncü dəfə evlənmiş, biri-birinin dalınca yeni şeir kitablarını çap etdirmişdi. Kuba inqilabını alqışlayan və bu ölkəyə birincilər sırasında səfər edənlər arasında Pablo Neruda da var idi. Çili kommunistləri 1970-ci ildə Pablo Nerudanı ölkə prezidentliyinə namizəd göstərmişdilər. Lakin seçkilərdəki rəqibi sosialistlərin nümayəndəsi Salvador Alyende olduğundan o, namizədliyini geri götürmüşdü. Prezident seçilən Alyende isə şairi Çilinin Fransadakı səfiri təyin etmişdi. Sosialistlər qələbələrini bayram edəndə Neruda şeirlərini Santyaqoda 75 min dinləyicinin qarşısında oxumuşdu. Pablo Neruda 1971-ci ildə "fövqəl¬əbii güclə bütöv bir qitənin həyatını özündə əks etdirən poeziyasına görə" Nobel mükafatı laureatı olmuşdu. Şair "İşıqlı şəhərə gedən yolda" adlandırdığı Nobel mühazirəsində əlli ildən çox davam edən poeziya axtarışlarının və yaradıcılıq həyatının sirlərini açmağa çalışmışdı. Sayı qırxı keçən şeir kitabları Latın Amerikasının başqa bir görkəmli sənətkarı Qabriel Qarsia Markesin dediyi kimi, XX əsrdə "Pablo Nerudanı bütün dillərin ən böyük şairinə çevirmişdi". Onun kommunist əqidəsinə bağlılığı Qərbdə və Amerikada bir çoxlarının ürəyincə olmasa da, Neruda məhz poeziyasının gücü ilə siyasi simpatiyalarının yaratdığı əhvali-ruhiyyəni dağıda bilmişdi.
Əsərləri Crepusculario (Alaqaranlıq Kitabı), 1923 Veinte poemas da amor y una canción desesperada (İyirmi Eşq Şeiri və Ümidsiz Bir Mahnı), 1924 Tentativa deş hombre infinito. – Santiago : Nascimento, 1926 Anillos / Pablo Neruda, Tomás Lago. – Santiago : Nascimento, 1926 Əl həbidəndə y su esperanza. – Santiago : Nascimento, 1926 Əl hondero entusiasta. – Santiago : Empresa Letras, 1933 Residencia ən la tierra : 1925-1931. – Santiago : Nascimento, 1933 Residencia ən la tierra : 1925-1935. – Enl. et. – Madrid : Cruz & Relsə, 1935 . – 2 vol. España ən/en əl corazón. – Santiago : Ercilla, 1937 Las furias y las penas. – Santiago : Nascimento, 1939 Canto general da Chile : Fragmentos. – Mexiko City : Privately published, 1943 Tercera residencia : 1935-1945. – Buenos Aires : Losada, 1947 Alturas da Macchu Picchu. – Santiago : Librería Neira, 1947 Canto general. – Mexiko City : Talleres Gráficos də la Nación, 1950 Los versos deş capitán. – Napol : Naples: L'Arte Tipografica, 1952 Las uvas y əl viento. – Santiago : Nascimento, 1954 Odas elementales. – Buenos Aires : Losada, 1954 Nuevas odas elementales. – Buenos Aires : Losada, 1956 Obras completas. – Buenos Aires : Losada, 1957. – Enl. et. 1962, 2 vol. – Enl. et. 1967. – Enl. et. 1973, 3 vol. Tercer libro da las odas. – Buenos Aires : Losada, 1957 Estravagario. – Buenos Aires : Losada, 1958 Navegaciones y regresos. – Buenos Aires : Losada, 1959 Cien sonetos da amor. – Santiago : Editorial Universitaria, 1959 (100 Eşq Sonesi) Canción də gesta. – Havana : Casa da las Américas, 1960 Las piedras da Chile. – Buenos Aires : Losada, 1961 Cantos ceremoniales. – Buenos Aires : Losada, 1961 Plenos poderes. – Buenos Aires Losada, 1962 Memorial da Isla Negra. – Buenos Aires : Losada, 1964. – 5 vol. Arta da pájaros. – Santiago : Sociedad da Amigos deş Arta Contemporáneo, 1966 Una casa ən la arena. – Barcelona : Lumen, 1966 Fulgor y muerte də Joaquín Murieta : bandido chileno injusticiado ən/en California əl *23 də julio da 1853. – Santiago : Zig-Zag, 1967 La barcarola. – Buenos Aires : Losada, 1967 Las manos deş día. – Buenos Aires : Losada, 1968 Fin də mundo. – Santiago : Sociedad da Arta Contemporáneo, 1969 Aún. – Santiago : Nascimento, 1969 Maremoto. – Santiago : Sociedad da Arta Contemporáneo da Santiago, 1970 La espada encendida. – Buenos Aires : Losada, 1970 Las piedras deş cie. – Buenos Aires : Losada, 1970 Geografía infructuosa. – Buenos Aires : Losada, 1972 Incitación al/götür nixonicidio y alabanza da la revolución chilena. – Buenos Aires : Losada, 1973 La rosa separada. – Buenos Aires : Losada, 1973 Əl mar y las campanas. – Buenos Aires : Losada, 1973 Jardín də invierno. – Buenos Aires : Losada, 1974 2000. – Buenos Aires : Losada, 1974 Əl corazón amarillo. – Buenos Aires : Losada, 1974 Libro da las preguntas. – Buenos Aires : Losada, 1974 (Suallar Kitabı) Elegía. – Buenos Aires : Losada, 1974 Defectos escogidos. – Buenos Aires : Losada, 1974 Confieso que hə vivido. – Barcelona : Seix Barral, 1974 (Yaşadığımı Etiraf edirəm) Cartas a Laura. – Madrid : Ediciones Cultura Hispánica deş Centro Iberoamericano da Cooperación, 1978 Pul nacer hə nacido. – Barcelona : Seix Barral, 1978 Əl río invisible : poesía y prosa da juventud. – Barcelona : Seix Barral, 1980 Cuadernos da Temuco : 1919-1920 / edición y prólogo də Víctor Farías. – Buenos Aires : Seix Barral, 1996 Yo acuso : discursos parlamentarios (1945-1948) / edición a cargo da Leonidas Aguirre Silva. – Bogotá : *Editorial Oveja Negra, 2002
İstinadlar
Mənbə Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Çili yazıçıları Kateqoriya:Çili şairləri Kateqoriya:Ədəbiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Çilili Nobel mükafatı laureatları Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Çilidə doğulanlar Kateqoriya:Çilidə vəfat edənlər Kateqoriya:Prostat xərçəngindən ölənlər Kateqoriya:İspaniya vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsrin diplomatları Kateqoriya:Sonetyerlər