Tereza Fyodorovna Ris (, d. 1874, Moskva, Rusiya imperiyası — ö. 1950, Luqano, İsveçrə) — Rus və Yəhudi əsilli Avstriya heykəltaraşı və rəssamı.Ben-Eli, Birgit (1 Mart, 2009). "Austria: Jewish Women Artists"(). Jewish Women: A Comprehensive Historical Encyclopedia (). Yəhudi Qadının Arxivi. 12 Oktyabr 2016 tarixində mənbəyindən arxivləndi. 2016-cı ilin İyun ayının 26-da alındı.
Bioqrafiyası Tereza 1874-cü ildə, Rusiya imperiyasında yəhudi əsilli bir ailədə anadan olmuşdur. Moskva Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq Məktəbində () təhsil almağa başladı. Çox gənc yaşlarında Moskvada evləndi və uşaq saldıConson, Culi M. (2012). The Memory Factory: The Forgotten Women Artists of Vienna 1900 (). Purdu Universiteti Mətbuatı, səhifə 205. ISBN 978-1-55753-613-6.. Professoruna dərs vaxtı etdiyi hörmətsizliyə görə məktəbdən atıldı. 21 yaşında Vyanaya köçdü. Vyana Rəssam Evi-də () ilk sərgisini açdı. Bu sərgidə, ayaq dırnaqlarını kəsən çılpaq bir qadın təsvir olunan məşhur "Cadı" (, ) adlı heykəli də var idiConson, Culi M. (2012). The Memory Factory: The Forgotten Women Artists of Vienna 1900 (). Purdu Universiteti Mətbuatı, səhifə 209. ISBN 978-1-55753-613-6.. Bu əsəri ilə İmperator I Frans İosifin diqqətini çəkdi və qısa bir müddətdə Vyanada tanınan bir rəssam halına gəldi. Eyni sərgiyə qatılan, Vyana Sesession Rəssam Evi-nin üzvü məşhur rəssam Qustav Klimt, Riyesə özləriylə birlikdə iş təklifi etdi. Riyes isə, Edmund von Hellmerdən təhsil almaq istəmiş və onun müəllimi olmasını istəmişdir. Hellmer əvvəllər "Evli bir qadına təhsil vermək lazımsız bir işdir" deyərək onun bu tələbini rədd etdiysədə, bir az da satışlardan əldə edəcəyi komissiyası düşünərək, Riyesə açdığı sərgilərdə kömək etməyi qəbul etdi.
1900 Paris Dünya Sərgisində və 1911 Turin Dünya Sərgisində, həm Avstriyanın həm də Rusiyanın çağırışı ilə sərgilər açmışdır. Şahzadə Aloys, rəssama öz yanında bir otaq təklif edərək, studiyada işləməyi təklif etmişdir.
Karyerası zamanı daş, mərmər, gips və bürünc kimi müxtəlif materiallardan istifadə edərək bir çox əsər yaratmışdırConson, Culi M. (2012). The Memory Factory: The Forgotten Women Artists of Vienna 1900 (). Purdu Universiteti Mətbuatı, səhifə 203. ISBN 978-1-55753-613-6.. Bunların bir hissəsi, "Lunatik" (1894, , )Conson, Culi M. (2012). The Memory Factory: The Forgotten Women Artists of Vienna 1900 (). Purdu Universiteti Mətbuatı, səhifə 207. ISBN 978-1-55753-613-6., "Lusifer" (1897, , )Conson, Culi M. (2012). The Memory Factory: The Forgotten Women Artists of Vienna 1900 (). Purdu Universiteti Mətbuatı, səhifə 1–2. ISBN 978-1-55753-613-6. və "Ölüm" (1898, , )Conson, Culi M. (2012). The Memory Factory: The Forgotten Women Artists of Vienna 1900 (). Purdu Universiteti Mətbuatı, səhifə 203–204. ISBN 978-1-55753-613-6. adlı tanınmış nü əsərlərdir. İctimai sahələrdə sərgilənən büstlər də hazırlamışdır. 1897-ci ildə hazırladığı Yaromir Mundi () adlı büstü, Vyana Yanğınsöndürənlər İttifaqının binasının yanında sərgilənirConson, Culi M. (2012). The Memory Factory: The Forgotten Women Artists of Vienna 1900 (). Purdu Universiteti Mətbuatı, səhifə 208. ISBN 978-1-55753-613-6.. Vyanada yaşayarkən Mark Tvenin fotoşəkillərini çəkdi və onun büstünü hazırladı. Bu onun bəlkə də ən məşhur əsəri idi.Conson, Culi M. (2012). The Memory Factory: The Forgotten Women Artists of Vienna 1900 (). Purdu Universiteti Mətbuatı, səhifə 218–219. ISBN 978-1-55753-613-6."Literary Pickups" (). Book Notes: A Monthly Literary Magazine and Review of New Books (). 1: 288. Noyabr, 1898.Ivri, Bencamin (12 Yanvar, 2013). "Turn-of-Century Vienna Artists Deserve Second Look" (). The Forward. 12 Avqust 2016 tarixində mənbəyindən arxivləndi. 2016-cı ilin İyun ayının 26-da alındı.
Tənqidçi Karl Krausa görə, rəssamın açdığı sərgilər böyük maraq görmüş və bir çox adamın marağını çəkirmiş. 1928-ci ildə Die Sprache des Steines () adı ilə bir xatirə kitabını nəşr etdiConson, Culi M. (2012). The Memory Factory: The Forgotten Women Artists of Vienna 1900 (). Purdu Universiteti Mətbuatı, səhifə 2. ISBN 978-1-55753-613-6.. Avstriyanın izlədiyi faşist siyasətlər nəticəsində, 1938-ci ildə qalereyasını və studiyasını boşaltmaq məcburiyyətində qaldı. 1942-ci ilə qədər Vyanada qalmışdır, amma daha sonra Luqanoya köçməli oldu.
İstinadlar
Kateqoriya:1874-cü ildə doğulanlar Kateqoriya:1950-ci ildə vəfat edənlər Kateqoriya:Avstriya rəssamları