Qarabədən böcəklər () —
Biologiyası Ağac qabığı altında və quru oduncaqda yaşayan meşə növlərinə də təsadüf edilir. Qarabədən böcəklərin bitki ilə qidalanan növlərilə yanaşı, sinantrop növləri də vardır. Belə növlərdən ərzaq məhsulları (un, dən və s.) ilə qidalanan iri və kiçik un böcəyini götərmək olar. Qarabədən böcəklərin növ tərkibinin çox olmasına baxmayaraq, kənd təsərrüfatı bitkiləri üçün təhlükəli növləri azdır. Qarabədən böcəklərin sürfələri xarici görünüşcə məftil qurdlarına çox oxşadığına görə bunlara "yalançı məftil qurdlar" deyilir. Ancaq bunlar məftil qurdlarından başlarının dəyirmi olması və birinci cüt ön ayaqların daha yaxşı inkişaf etməsi ilə fərqlənir. Qarabədən böcəklərin inkişafı şıqqıldaq böcəklərindən fərqlənir. Bunun sürfələrinin inkişafı nisbətən tez başa çatır. Böcəklər bir neçə il yaşaya bilir. Bu böcəklərin sürfə və yetkinləri zərər verir. Böcəklər uça bilmir və olduqca zəif hərəkət edir.S. R. Məmmədova, B. B. Xəlilov Kənd təsərrüfatı entomologiyası. 1986
Yayılması Qafqazda yayılmış 200 növ qarabədən böcəyin 175 növünə Azərbaycanda rast gəlinir. Qarabədən böcəklər quraq səhra yerlərdə yaşayır.
Ədəbiyyat S. R. Məmmədova, B. B. Xəlilov Kənd təsərrüfatı entomologiyası. 1986 S. R. Məmmədova, B. B. Xəlilov Meyvə və subtropik bitkilərin zərərvericiləri 1974 N. H. Səmədov Taxıl böcəkləri və onlarla mübarizə tədbirləri, 1964
İstinadlar
Kateqoriya:Böcəklər Kateqoriya:Buğumayaqlılar