Ağdağ – Culfa rayonu ərazisində dağ (hünd. 1046,3 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin Pilələr qolunun şərqə ayrılan eyniadlı şaxəsində zirvə. Qaradərə çayının sağ sahilində, Dizə kəndindən 1 km şimalda Darıdağ platosunun cənub-şərq ətəyindədir. Üst Paleosenin Tanet mərtəbəsinə aid Ordubad lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş, relyefdə kəskin ayrılan konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli maili Dizə antiklinalının şimal-şərq qanadında yerləşir.
Həmçinin bax Abdal (dağ) Ağaverdi dağı Acıçeşmə dağı Qoçuludağ
İstinadlar
Kateqoriya:Culfa rayonunun dağları Kateqoriya:Azərbaycan coğrafiyası