Heyva parabüzəni () — Əsasən balqabaq, qovunun, xiyar və s. bostan bitkilərinin yarpaqları və qismən də meyvələri ilə qidalanır
Biologiyası
Əsasən balqabaq, qovunun, xiyar və s. bostan bitkilərinin yarpaqları və qismən də meyvələri ilə qidalanır, böcəklər adətən may ayının ikinci yarısından başlayaraq oktyabr ayının sonuna qədər aktiv fəaliyyətdə olur. Uzunluğu 3-4 mm, üzərində sarı fonda 22-24 qara ləkələri var. İl ərzində iki nəsil verir. Kütləvi surətdə iyulun ortalarından sentyabr ayının sonuna qədər müşahidə olunur, sonra tədricən say dinamikası aşağı düşür. Yağıntıların başlaması ilə əlaqədar olaraq tədricən qış sığınacaqlarına çəkilirlər. Qışlama dövrünü də qidalandıqları sahələrdə quru ot və xəzəllərin altında, bəzən də bükülmüş xəzəllərin içərisində keçirirlər. Ümumiyyətlə, rütubətli sahələrə meyillidirlər.Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A.Mehdiyev, M.M.Seyidli
Yayılması
Ən çox Qərbi Avropada, Şimali Afrikada və Orta Asiyanın Sırdərya vadisində yayılıblar.
Ədəbiyyat
Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A.Mehdiyev, M.M.Seyidli Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981 Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları. Mehdiyev A.M.
İstinadlar
Kateqoriya:Parabüzənlər