Aolotripidlər fəsiləsi-() Buğumayaqlılar tipinin Saçaqlıqanadlar dəstəsinə aid olan fəsilə.

Xarici görünüşü Bığcıqları 9 buğumludur. Qabaq qanadları enli, ucları dəyirmidir, 2 uzununa, 4-5 köndələn damarı vardır. Arxa qanadlar zəif ifadə olunmuş uzununa damarlıdır. Qabaq qanadın ön kənarında kirpikciklər yoxdur. Yumurtaqoyan yuxarıya əyilmişdir.Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004 Erkəyin qarıncığının uc seqmentlərində dişiciklər və ya buynuzabənzər törəmələr vardır. Sürfələrin bığcığı 7 buğumludur, 3-cü və 7-ci buğumlar köndələn şırımlarla ayrılmışdır, bığcığın son buğumu mil şəklində uzanmamışdır. Sürfənin ayaqları dartılmışdır. I yaş sürfəsinin qarıncığının IX seqmenti dişciksiz, II yaş sürfəsində isə 4 dişciklidir.

Həyat tərzi Aelothripinae yarımfəsiləsinin növləri yırtıcı olub, gənələri və xırda cücüləri məhv edir. Mədəni və yabanı ot bitkilərində yaşayaraq cücülərin və gənələrin yumurtalarını məhv edir.

Yayılması MDB-də 17 növ, Azərbaycanda 7 növü vardır. Naxçıvan MR-də, Qarabağda və Azərbaycanın başqa zonalarında geniş yayılmışdır. Melanothrips fuscus L.

Təsnifatı (Cinsi)

İstinadlar

Ədəbiyyat Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004

Xarici keçidlər Thripidae

Həmçinin bax

Kateqoriya:Həşəratlar