Melandrium boissieri Schischk. = M. latifolium (Poir.) Maire
Hündürlüyü (15) 35-60 (70) sm, gövdəsi düz, çəngəlvari budaqlanmış, əsasən aşağı hissədə qismən tüklü, çox vaxt çox xovlu-tüklü olan ikiillik və yaxud çoxillik ot bitkisidir.Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
Yarpaq Yarpaqları hər iki tərəfdən adətən sıx tüklüdür, kökətrafı və aşağı gövdə yarpaqları elliptik və ya uzunsov-əksinə neştərvaridir, qısa saplağa daralmışdır. Qalanları isə oturaqdır, uzunsov və yaxud yumurtaşəkilli-neştərvari, bəzən yumurtaşəkillidir, sivri və ya az sivriləşmiş, nadir halda kütdür, yuxarıdakılar çox vaxt neştərvaridir.
Çiçək Çiçək qrupu boşdur, çəngəlvari budaqlanmışdır, erkəkcikli çiçəkləri daha budaqlanmış və çoxçiçəklidir.
Meyvə Qutucuğun uzunluğu (15) 17-18 (20) mm-dir, uzunsov-yumurtaşəkilli və ya əksinə armudşəkillidir, 10 ədəd dişlərlə açılandır, xariçə doğru qatlanmışdır. Toxumlarının uzunluğu 1 mm-ə qədərdir, böyrəkşəkillidir, qonur və az qabarıqdır.
Çiçəkləməsi Buassiye tovlu qulağının çiçəklənmə dövrü aprel-iyul (avqust) aylarıdır.
Meyvə verməsi Buassiye tovlu qulağının meyvəvermə dövrü may-avqust aylarıdır.
Azərbaycanda yayılması Buassiye tovlu qulağına Azərbaycanın, demək olar ki, bütün rayonlarında rast gəlmək olar. İO, vvalıqdan subalp qurşağına qədər yayılmışdır.
Yaşayış mühiti Buassiye tovlu qulağına kolluqlarda, bağlarda, talalarda, otlu yamaclarda, qaya və daşların kölgəsində, çayın quru yataqlarında, alaqlı yerlərdə, bostanlarda, əkinlərdə alaq kimi rast gəlinir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:İntervikisiz biologiya məqalələri Kateqoriya:Azərbaycan florası Kateqoriya:Ot bitkiləri