Gönlücə şəkilli şəbpərə () — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Növ italyan zooloqu Paolo Savinin (1798-1871) şərəfinə adlandırılmışdır.
Xarici görünüşü Ölçüləri əksər könlücələrdə olduğu kimidir. Bədənin uzunluğu 42-45 mm, quyruğun uzunluğu 31-45 mm, qulaqların uzunluğu 11-13 mm, qulağın dəri çıxıntısının uzunluğu isə 4,5-6 mm-dir. Erkək dişidən bir qədər kiçikdir.
Xəzinin rəngi çox dəyişkəndir. Bədənin üst tərəfinin ümumi fonu solğun ağımtıl-sarıdan tünd qırmızı qonura, alt tərəfi isə ağdan tünd yaşılımtıl-boz və ya qonur açıq-sarı rəng arasında dəyişir. Qanad pərdələri bozumtul açıq-sarıdan tünd qonur rəng arasında dəyişir. Qulaqları örtən tüklər daha tünddür. Mövsümi dəyişikliklə yanaşı, onlarda həmçinin kəskin coğrafi rəng dəyişkənliyi də müşahidə olunur. Yaşlılarla müqayisədə cavan fərdlər açıq rəngdə olurlar.
Yayılması Cənubi Avropanın Aralıq dənizi ətrafındakı ölkələrində, Orta Asiya və Mərkəzi Asiyada, Uzaq Şərqdə yayılmışlar. Azərbaycanda daha çox Kiçik Qafqaz ərazisindən 1360 m-ə qədər yüksəkliklərdə məlumdur. Böyük Qafqazda yalnız Zaqatala rayonunda, Kür-Araz ovalığında, Mingəçevir yaxınlığında və Qobustanda tapılmışdır.
Həyat tərzi Biologiyası zəif öyrənilmişdir. Onlarca fərddən ibarət olan dişi yarasaların koloniyalarının əsas sığınacaqları qayaların yarıqları və evlərin çardaqları hesab edilir. İyunun axırı-iyulun birinci yarısında dişi 2, nadir hallarda 1 bala doğur. Payızın əvvəlində tək-tək və ya kiçik qruplar halında yaşayan erkəklər dişilərin və cavan fərdlərin koloniyalarına qoşulurlar.
Sayı Bütün mövsümlərdə müşahidə edilən nadir və azsaylı növdür.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şarl Lüsyen Bonapart tərəfindən adlandırılmış taksonlar Kateqoriya:1837-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Asiya məməliləri Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Afrika məməliləri Kateqoriya:Avropa məməliləri Kateqoriya:20–24 ID olan Taksonbar