Əbdül Hüseynov və ya Əbdülhüseyn Ənbiya oğlu (tam adı: Əbdül Ənbi oğlu Hüseynov; ) — tanınmış azərbaycanlı yazıçı, tarixçi və şərqşünas alim.
Həyatı Əbdül Ənbi oğlu Hüseynov 27 oktyabr 1925-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. 1945-ci ildə Böyük Vətən müharibəsindən qayıtdıqdan sonra anasının, atasının, qardaşlarının ölüm xəbərlərini öyrənmiş və Azərbaycandan getmiş, elə o vaxtdan da vətəndən uzaqlarda yaşamışdır.
14 may 2017-ci ildə 91 yaşında Moskvaa vəfat edib.Tanınmış azərbaycanlı yazıçı-alim vəfat etdi . lent.az, 15.05.2017 Əbdül Hüseynov vəfat etdi . qafqazinfo.az, 15.05.2017
Yaradıcılığı Əbdül Hüseynov yeddi monoqrafiyanın, 20-dən çox tarixi povest və romanın, 7 bədii film ssenarisinin, sosial-iqtisadi problemlərə və mədəniyyətə dair 500-dək məqalənin, kinofilmlərə yazılmış çoxsaylı resenziyaların müəllifidir.
Onun əsərləri ingilis, alman, fransız, ispan və ərəb dillərinə tərcümə edilərək, Azərbaycanda, İranda, Türkiyədə, Kanadada, Bolqarıstanda, Monqolustanda və Rusiyada çap olunmuşdur. Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Əbdül Hüseynov, həm də Ümumrusiya Azərbaycan Konqresi və Azərros Federal Milli Mədəni Muxtariyyətinin mərkəzi şuralarının üzvü də olub.
Əsərləri
Bədii Əkinçi taxtda (). Moskva: Nauka, 1990. Səlahəddin. Taxta yol (). Moskva: Nauka, 1993. Səlahəddin. Qüdsün fəthi (). Moskva: MNPP "Qendalf", 1994. Mustafa xanın xəzinəsi. Bakı: Vətən, 1994 Şirvanlı zəvvar (). Moskva: MNPP "Qendalf", 1994. Arzamaslı qız (). Moskva: StarKo, 1997 Cənuba yürüş (). Moskva: [s.n.], 1999. Abşerondan Ontarioyadək (). Moskva: [s.n.], 2001. Bəhram Gurun sevgisi və kədəri (). Moskva: [s.n.], 2004. Əkinçi taxtda (). Moskva: Overley, 2005 (ikinci nəşri). Biz əslən Bakıdanıq (). Moskva: Overley, 2005. Müdrik adamın arzuları (). I Cild. Moskva: Overley, 2007. Üç məhəbbət dastanı (). II Cild. Moskva: Overley, 2007. Müharibənin əks-sədası (1941–1945) ().Tula: Qrif i K, 2010. Vəba ilə sovrulanlar (). Moskva: İD Sodrujestvo, 2012. Ərəbistan səhrasında ölüm (). Tula: Akvarius, 2014. Üç ölkənin ordusunun polkovniki () Tula: Akvarius, 2015. Litvalı karaimin taleyi (). Tula: [s.n.], 2017.
Elmi Türkiyədə həmkarlar ittifaqları (1960–1970) (). Moskva: Nauka, 1975. Türk kinosu (). Moskva: Nauka, 1978. Türkiyənin ictimai-siyasi həyatında KİVlər (). Moskva: Nauka, 1981. Yılmaz Güney (). Moskva: Nauka, 1987. Yılmaz Güney (). İstanbul: Gölge Yayınları, 1990. Muhsin Ərtoğrul teatr və kinoda (). Moskva: Nauka, 1990. XX əsrin 100 görkəmli azərbaycanlısı (). Bakı: Sumqayıt, 2000. XX əsrin 100 görkəmli azərbaycanlısı. Bakı: Sumqayıt, 2002. Azərbaycanlılar Rusiyanın tarixində (). Moskva: Overley, 2006. Azərbaycan Xalq Cümhuriyyəti (). Moskva: Overley, 2008.
İstinadlar
Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Azərbaycan tatları Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Azərbaycan şərqşünasları Kateqoriya:Rusiya şərqşünasları