Referat (, ) – çıxış etmək, məlumat vermək, mühazirə etmək, xəbər vermək deməkdir.

Refero – bildirirəm, xəbər verirəm.

İlkin sənədlə tanışlıq və ona müraciətin məqsədəuyğunluğunu müəyyən edən, həmin sənədin və ya onun bir hissəsinin qısa məzmununu, yəni əsas faktiki məlumatlarını və nəticələrini əks etdirən qısa təsvir. Hər hansı bir kitabın, məsələnin, mövzunun və ya elmi işin mahiyyətinin (məzmununun), elmi problemin öyrənilməsinin nəticəsi haqqında məlumatın yazılı və ya şifahi surətdə qısa şərhi (xülasəsi) – məzmunu. Mətbuat mənbələrin icmalı əsasında müəyyən bir məsələyə dair məruzə və ya məlumat.

Referativ nəşr referatlardan ibarət biblioqrafik yazıların nizamlanmış məcmusu şəklində informasiya nəşridir.

Referatın növləri Məhsuldar: referat-məruzə; referat-icmal; Reproduktiv: referat-rezyume.

İstinadlar

Ədəbiyyat Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.

Kateqoriya:Sənədlər Kateqoriya:Çıxış məlumatı Kateqoriya:Təhsil Kateqoriya:Ədəbiyyat terminləri