HAL Tejas (Sanskritcə: तेजस) Hindustan Aeronautics Limited şirkəti tərəfindən Hindistan Hərbi Hava Qüvvələrini təmin etmək məqsədilə hazırlanmış çoxməqsədli qırıcıdır. Təyyarə artıq köhnəlmiş MiQ-21 qırıcılarının yerini alması məqsədilə hazırlanmışdır. İlk uçuşunu 2001-ci ildə həyata keçirmiş və 2015-ci ildə Hindistan HHQ-də silahlanmaya qəbul olunmuşdur. Təyyarə, həmçinin birləşmiş formada olan delta qanad dizaynına sahibdir.

Taktiki-texniki xüsusiyyətləri Ekipaj: 1 Uzunluğu: 13.20 m Qanad genişliyi: 8.20 m Hündürlüyü: 4.40 m Boş çəki: 6,560 kq Yüklənmiş çəki: 9,500 kq Maksimum qalxma ağırlığı: 13,500 kq Daxili yanacaq tutumu: 2,458 kq Xarici yanacaq tutumu: 2 ədəd 1200 litr tutumu olan yanacaq çəni (daxildə) və 1 ədəd 800 litr tutumu olan yanacaq çəni (füzelajın altında) Güc tminatçısı: 1 ədəd General Electric F404-GE-IN20 mühərrik

Uçuş keyfiyyətləri Maksimum sürət: Mach 1.8 (2,205 km/s) Döyüş radiusu: 500 km Uçuş tavanı: 16,000 m Qanad yüklənməsi: 247 kq/m² Çəkmə gücünün çəkiyə nisbəti: 1.07 Manevr qabiliyyəti: +8/-3.5 g

Həmçinin bax Çoxməqsədli qırıcı MiQ-21 JF-17 Thunder

İstinadlar

Xarici keçidlər Rəsmi saytı

Kateqoriya:Qırıcılar Kateqoriya:Hərbi təyyarələr Kateqoriya:Təyyarələr Kateqoriya:Birmühərrikli reaktiv təyyarələr Kateqoriya:Reaktiv qırıcılar