İsmayıl Qəribov — kimya elmləri doktoru (1973), professor (1974)
Həyatı İsmayıl Qəribov 1915-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. Ağdaşda orta məktəbi bitirdikdən sonra V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə qəbul olmuşdur. 1939-cu ildə həmin institutu bitirərək doğma rayonuna qayıtmış və burada orta məktəblərdə ixtisası üzrə müəllim işləmişdir. Ailəli olmuşdur.5 övlada malik. Ən tanınmışı Qəribov Fuad İsmayıl oğlu olmuşdur.
Fəaliyyəti İ. Qəribov 1943-cü ildə Gəncə Zərdabi adına Pedaqoji İnstitutuna müəllim dəvət edilmiş, orada kimya kafedrasının müdiri vəzifəsində işləməyə başlamışdır. O, 1967-ci ilə kimi həmin institutda çalışmışdır. 1967-ci ildən etibarən Bakıda "Vedeqo" adlı Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda laboratoriya müdiri vəzifəsində fəaliyyətini davam etdirmişdir. Sonra o, Azərbaycan Tibb İnstitutunda kimya kafedrasında dosent, bir müddət keçdikdən sonra isə professor vəzifəsini tutmuşdur. M. Qəribov 1973-cü ildə kimya elmləri doktoru elmi adını almışdır. Azərbaycan Tibb İnstitutunda işlədiyi dövrdə professor M. Qəribovun rəhbərliyi altında 3 nəfər elmlər namizədi hazırlanmışdır. O, 70-ə yaxın elmi məqalənin müəllifidir.Faiq Şükürbəyli. "Ağdaş tarixin yaddaşında-I kitab", Bakı,2013, səh.158
İstinadlar