Ernst Buş (22.1.1900, Kil –8.6.1980, Berlin) — alman estrada müğənnisi, dram aktyoru.Buş// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 121.
Həyatı Almaniya Demokratik Respublikası Milli mükafatı (1949, 1956, 1966); Beynəlxalq Lenin mükafatı laureatı (1972). 1917-ci ildən solçu gənclər hərəkatının fəal üzvü olmuşdur. İlk dəfə 1920-ci ildə Kil şəhər teatrı səhnəsində Lizandr rolunda (U. Şekspir, "Yay gecəsində yuxu") çıxış etmişdir. 1925-ci ildə Berlinə gəlmiş və "Alman teatrı"nda çalışmışdır. 1927-ci ildən E. Piskatorun "Siyasi teatr"ında işləmiş, 1928-ci ildə "Teater am Şiffbauerdamm"da ilk dəfə B. Brext və K. Vaylın "Üçqəpiklik opera" tamaşasında (serjant Smit rolunda) çıxış etmişdir. 1920-ci illərin sonlarından siyasi antifaşist mahnıların ifaçısı kimi geniş şöhrət qazanmışdır.
Fəaliyyəti 1933-cü ildə Almaniyada nasist diktaturası qurulduqdan sonra Niderland, Belçika, Fransa, İsveçrə və Avstriyada, 1935–37-ci illərdə SSRİ-də mühacirətdə olmuş dur. 1937–39-cu il lər də İspaniyada olmuş, beynəlxalq briqadaların döyüşçüləri qarşısında çıxış etmişdir. 1939-cu ildən Belçikada yaşamış, alman ordusu ölkəni işğal etdikdən sonra nəzarət altında saxlanılmış, qaçmış, 1943-cü ildə zəbt olunmuş Fransa ərazisində həbs edilərək 1945-ci ilə qədər Moabit, Brandenburq zindanlarında saxlanılmışdır. 1951–60-cı illərdə "Alman teatrı" nın və "Berliner ansambl"ın aparıcı aktyorlarından biri olmuşdur. 1946-cı ildə fəhlə mahnıları yazılmış vallar istehsal edən "Lidder sayt" firmasını yaratmışdır. Berlin qrammofon yazısı studiyasında "XX əsrin mahnı xronikası" adlı qrammofon valları antologiyasını buraxmışdır.
Həmçinin bax Uilyam Şekspir Üçqəpiklik opera
Filmləri Üç qəpiklik opera Yay gecəsində yuxu
İstinadlar
Kateqoriya:Berlində vəfat edənlər Kateqoriya:Aktyorlar Kateqoriya:"Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər Kateqoriya:Almaniya inqilabçıları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Almaniya film aktyorları Kateqoriya:Almaniya müğənniləri