Koçi birəotu (lat. Pyrethrum kotschyi Boiss.) Asterkimilər — (Asteraceae Dumort.) fəsiəsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.Azərbaycan Respublikasının Qırmızı kitabı " Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri " II nəşr, Bakı 2013http://redbook.az/?options=project&id=Ko%C3%A7i%20bir%C9%99otu
Qısa morfoloji təsviri Əsasında çoxbudaqlı, 15–25 (30) sm hündürlükdə, alçaqboylu yarımkolcuqdur. Yarpaqları barsız zoğlarda və aşağıdakı uzun saplaqlarda, demək olar yarpaq ayası ilə bərabərdir, saplaqlarla bir yerdə 1,5–3 mm uzunluğunda; orta gövdə yarpaqları lələk və ya üç yerə bölünmüş şəkildə, yuxarı yarpaqları bütöv, xətlidir. Səbətləri tək olur. Dilşəkilli çiçəkləri ağ rəngli, 10 mm uzunluğunda, 4 mm enindədir. Toxumcuqların diş tacı uzun, çəp şəkildə kəsilib və ya qulaqvari formadadır.Флора Азербайджан, 1961
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəklənmə və meyvəgətirmə dövrü iyun-iyul aylarına təsadüf edir. Toxumla çoxalır. Alp qurşağındakı qayalıqlarda rast gəlinir, quraqlığa davamlı (kserofit), işıqsevən bitkidir (heliofit).Azərbaycan SSR-in Qırmızı kitabı, 1989Mustafayeva S. C., 2008
Yayılması Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu – Keçəldağ və Naxçıvançay ilə Arpaçay arasında).
Sayı və tendensiyası Populyasiyanın ehtiyatı azdır. Yeganə lokalitetində mənfi təsirlərə həssaslıq müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Məhdud halda yayılması, populyasiyanın zəif təkrar edilməsi, antropogen və zoogen təsirlərdir.Naxçıvan MR-in Qırmızı kitabı, 2010
Mühafizə tədbirləri Zəngəzur Milli Parkı ərazisində yayıldığı sahələrin xüsusi nəzarət altına alınması, növün müasir vəziyyətinin öyrənilməsi, yeni yayılma sahələrinin aşkar ediməsi, introduksiyası, toxum bankında saxlanılması təklif olunur.
Sinonimləri Tanacetum kotschyi (Boiss.) Grierson
İstinadlar
Kateqoriya:Nəsli kəsilməyə həssas olanlar