Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir.
Parlament tarixi
1918–1920-ci illərdə
İlk dəfə 1918-ci il iyulun 21-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi haqqında Əsasnamə təsdiqləndi. Qanuna əsasən, məclisin tərkibinə 120 nəfər daxil olmalı idi. Həmçinin, parlament seçkilərində 20 yaşı tamam olmuş hər iki cinsin nümayəndələri iştirak edə bilərdi. İstisna olaraq inzibati vəzifələr tutan şəxslər Milli Məclisə seçilə bilməzdilər, yalnız səs verə bilərdilər. Bundan başqa, dəlilər, karlar və qəyyum altında olanlar səs verə bilməzdilər. Eyni zamanda, həbsdə olanlar və fərarilər də səsvermə hüququndan məhrum idilər. Seçkilərdə iştirak etmək üçün azı 100 imza toplamaq vacib idi.
1920–1991-ci illərdə
1990–1995-ci illərdə 1991-ci ilin avqustun 30-da Azərbaycan ikinci müstəqillik əldə etdikdən, 18 oktyabr tarixində Müstəqillik haqqında Konstitusiya Aktı keçmiş Ali Sovet tərəfindən qəbul olunduqdan sonra parlamentin fəaliyyətində dəyişikliklər zərurəti yarandı.
Keçmiş Ali Sovetdəki "Demokratik" Blokun üzvləri parlamentin iclaslarının az keçirilməsinə etiraz edərək, onun daha çevik fəaliyyət göstərməsinə nail olunması üçün 50 nəfərdən ibarət Milli Şuranın yaradılması təklifi ilə çıxış etdilər.
Uzun sürən gərgin müzakirələrdən sonra əksəriyyəti keçmiş kommunistlərdən olan Ali Sovet, keçmiş Ayaz Mütəllibov hakimiyyəti 25-i hökumətyönlülərdən, 25-i "demblokçu"lardan olan ibarət olan 50 nəfərlik Milli Şuranın yaradılmasına razılıq verdilər.
Beləliklə, 1991-ci ilin sonlarına yaxın 360 nəfərdən ibarət olan Ali Sovetin daimi fəaliyyət göstərəcək orqanı-Milli Şura yaradıldı və bu tərkibdə ilk Milli Şuranın (sonradan adı dəyişdirilərək Milli Məclis adlandırıldı) üzvləri təsdiqləndilər.
1995-ci ildən etibarən
1995-ci ildən etibarən Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətini Milli Məclis yerinə yetirir və 5 ildə bir dəfə olaraq Milli Məclisə 125 mandat üzrə 125 seçici dairəsində majoritar qaydada seçkilər keçirilir.
Sonuncu dəfə 2000-ci il Parlament Seçkilərində 100 millətvəkili majoritar (çoxluq) 25 millətvəkili isə proporsional (nisbi) səsvermə sistemi ilə seçildi. 2002-ci ildə keçirilən referendum ilə proporsional səsvermə ləğv edildi.
Milli Məclis tarixində ilk dəfə V çağırış ərzində, 2019-cu ildə iqtidar partiyası Yeni Azərbaycan Partiyasının tələbi ilə Milli Məclis buraxılmış və ilk dəfə növbədənkənar parlament seçkiləri təyin edilmişdir.
İndiyədək 6 çağırış ərzində Milli Məclis rəhbərliyi Yeni Azərbaycan Partiyası və bitərəflərdən ibarət olub. İlk dəfə VI çağırışda başqa partiyadan — Vətəndaş Həmrəyliyi Partiyasından seçilən millətvəkili Fəzail İbrahimli Mill Məclis rəhbərliyində təmsil olunmuşdur. O Milli Məclisin sədr müavini vəzifəsinə iştirak edən 115 deputatdan 112-sinin təsdiqi ilə seçilmişdir.
Parlament tarixində ən çox millətvəkili sayına sahib partiya 78 millətvəkili ilə II çağırış ərzində Yeni Azərbaycan Partiyası, ikinci partiya isə 7 millətvəkili ilə II çağırış ərzində Azərbaycan Xalq Cəbhəsi Partiyası (2001) və I çağırış ərzində Azərbaycan Demokrat Partiyası (2000) olmuşdur.
Təşkilat Milli Məclis 125 deputatdan ibarətdir. Onlardan 4-ü rəhbərlikdə təmsil olunur. Deputatlardan təşkil olunan 15 daimi komitə və 2 komissiya (İntizam və Hesablayıcı) var. Milli Məclisin Aparatı rəhbər, 1 müavin, katiblik, 10 şöbə, 23 sektor, işlər müdirinin xidmətindən ibarətdir. Qərar Yetərsay Referendum83 Prezident Seçkiləri Parlament Seçkiləri Deputatların statusu Milli Məclisin səlahiyyətlərinin təsdiqi (ilk iclasın təşkili) Milli Məclisin iclaslarının qapalı keçirilməsi Bələdiyyə seçkiləri63 Milli Məclisin sədr və sədr müavinləri seçimi Milli Məclisin komitələrinə sədr, müavin və üzv seçimi Millətvəkili toxunulmazlığına xitam verilməsi Millətvəkillik səlahiyyətinin itirilməsi Hesablama Palatasına sədr, müavin və auditor təyini Dövlət təltifi Ərazi quruluşu və dövlət sərhədləri Beynəlxalq müqavilələrin təsdiqi və ləğvi Dövlət büdcəsinin təsdiqi və nəzarəti Ombudsman seçilməsi Hərbi doktrina təsdiqi Prezident fərmanının təsdiqi Baş nazir təyinatına razılıq AR Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apelyasiya Məhkəmələri hakimlərinin təyini Baş Prokurorun vəzifəyə təyinatı və ya vəzifədən azad edilməsinə razılıq Prezidentin impicmenti Hakimlərin vəzifədən kənarlaşdırılması Nazirlər Kabinetinə etimad Mərkəzi Bank İdarə Heyətinə üzv təyini və ya vəzifədən azad edilməsi Müharibə elanı və ya Sülh bağlanması Amnistiya Fövqəladə vəziyyət elanı və ya ləğvi Milli Məclisdə akt qəbulu Növbədənkənar İclas 42 Fraksiya yaratmaq25
Sədr
Milli Məclisin növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin Sədri seçilənədək birinci iclası aparır. Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçilir, bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirir.
Milli Məclisin Sədri Milli Məclisin deputatları sırasından gizli (elektron sistemindən istifadə etməklə) səsvermə yolu ilə seçilir. Elektron sistemindən istifadə zamanı nasazlıq yarandıqda gizli səsvermə bülletenlər vasitəsilə keçirilir. Milli Məclisin Sədri vəzifəsinə namizədliyi Milli Məclisin deputatları irəli sürə bilərlər. Hər deputat yalnız bir namizəd göstərə bilər. Səsverməyə azı 10 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Milli Məclisin sədrliyinə hər namizəd Hesablayıcı komissiyanın tərkibinə əlavə bir deputat daxil edə bilər. Gizli səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclisin Sədri seçilir. Namizədlərin heç biri azı 63 səs almadıqda, bu Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə heç bir namizəd 63 səs ala bilməzsə, Milli Məclisin Sədrinin birinci müavininin seçkiləri keçirilir. Milli Məclisin Sədrinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir. Bu qərarı Milli Məclisin iclasına sədrlik edən imzalayır.
Sədarət
Milli Məclisin rəhbərliyi 4 nəfərdən ibarətdir: Sədr (spiker) Sədrin birinci müavini (Birinci vitse-spiker) 3 sədr müavini (vitse-spiker)
Komitələr və komissiyalar Komitə və komissiyalarSədrPartiyaAilə, qadın və uşaq məsələləri komitəsiAqrar siyasət komitəsiBeynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsiElm və təhsil komitəsiƏmək və sosial siyasət komitəsiGənclər və idman komitəsiHüquq siyasəti və dövlət quruculuğu komitəsiİctimai birliklər və dini qurumlar komitəsiİqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsiİnsan hüquqları komitəsiMədəniyyət komitəsiMüdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsiRegional məsələlər komitəsiSəhiyyə komitəsiTəbii ehtiyatlar, energetika və ekologiya komitəsiHesablayıcı komissiyaİntizam komissiyası
Aparat Milli Məclisin Aparatına 1997–2022-ci illərdə Səfa Mirzəyev rəhbərlik etmişdir. 2022-ci ildən isə Aparata Fərid Hacıyev rəhbərlik edir.
Daxili nizamnamə Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsi 17 may 1996-cı ildə qəbul edilmişdir. 17 dekabr 2002-ci il, 12 may 2006-cı il, 14 aprel 2009-cu il, 27 noyabr 2018-ci illərdə Daxili Nizamnaməyə dəyişikliklər edilmişdir.
Deputatlıq statusu "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikasının QanunuQ 17 may 1996-cı ildə qəbul edilmişdir. 19 oktyabr 2001-ci il, 15 noyabr 2001-ci il, 29 iyun 2004-cü il, 1 sentyabr 2004-cü il, 1 fevral 2007-ci il, 17 aprel 2007-ci il, 16 iyun 2007-ci il, 19 oktyabr 2007-ci il, 13 iyun 2008-ci il, 2 oktyabr 2008-ci il, 14 aprel 2009-cu il, 5 mart 2010-cu il, 17 dekabr 2013-cü il, 6 mart 2018-ci il, 4 may 2018-ci il, 27 noyabr 2018-ci il, 9 iyul 2019-cu il, 17 aprel 2020-ci il, 19 may 2020-ci il, 3 dekabr 2021-ci il, 22 iyun 2022-ci il, 29 iyun 2022-ci il və 20 dekabr 2022-ci il tarixlərində qanuna dəyişikliklər edilmişdir.
Siyasi partiyaların təmsilçiliyi Milli Məclisin Daxili Nizamnaməsinə əsasən azı 25 deputat könüllü birləşərək deputat fraksiyaları (qrupları) yarada bilərlər. Deputat fraksiyasının (qruplarının) yaradılması barədə bəyanat Milli Məclisin iclasında elan edilir və deputat fraksiyası (qrupu) Milli Məclisin Aparatında qeydiyyatdan keçirilir. Deputatın fraksiyadan (qrupdan) çıxması nəticəsində deputat fraksiyasının (qrupunun) tərkibi 25 deputatdan az olarsa, deputat fraksiyası (qrupu) ləğv edilmiş sayılır və bu barədə Milli Məclisin iclasında elan edilir. 1995-ci ildən indiyədək Milli Məclisdə heç bir rəsmi fraksiya qurulmamışdır.
Mövcud mandat dağılışı
Çağırışlar +SeçkilərÇağırışİllərQeyd1990Azərbaycan SSR Ali Sovetinin XII çağırışı1990–199118 oktyabr 1991-ci ildə Azərbaycan müstəqilliyini yenidən qazandı. Keçid dövrüAzərbaycan Ali Sovetinin Milli Şurası1992–1995Azərbaycan Respublikasının Seçki Qanunu və Parlamentlə bağlı qanunlar qəbul edildi.1995Azərbaycan Milli Məclisinin I çağırışı1995–20002000Azərbaycan Milli Məclisinin II çağırışı2000–20052005Azərbaycan Milli Məclisinin III çağırışı2005–20102010Azərbaycan Milli Məclisinin IV çağırışı2010–20152015Azərbaycan Milli Məclisinin V çağırışı2015–20202020Azərbaycan Milli Məclisinin VI çağırışı2020–20242024Azərbaycan Milli Məclisinin VII çağırış2024–
Maddi-texniki baza
Milli Məclisin binası Milli Məclisin binası 1970-ci illərdə tikilmişdir. Memar Tahir Abdullayev onu Azərbaycan SSR Ali Soveti üçün hazırlamışdı. 1980-ci illərin sonlarında Tahir Abdullayevin layihəsi əsasında ikinci bina tikildi.
2007-ci il noyabrın 3-də Milli Məclisin deputatlarının iş şəraitinin daha da yaxşılaşdırılması məqsədilə yeni korpusun təməli qoyulub və onbeşmərtəbəli yeni korpusun inşası vaxtından əvvəl memar Musəddin Əhməd oğlu Namazovun layihəsi ilə başa çatdırılıb. Yeni korpusun layihəsini "Azərdövlətlayihə" İnstitutu hazırlayıb, tikinti işlərini əsasən yerli mütəxəssislər həyata keçiriblər. Korpusun tikintisində 700-dək işçi çalışıb. Binanın inşası zamanı milli ornamentlərdən geniş istifadə olunub. Korpusun fasadı Yaponiyadan gətirilmiş alkapon materialı ilə üzlənib. İlk üç mərtəbə qranit tipli, qalan hissə isə metallik rəngli alkaponla örtülüb. Bu da yeni inzibati binanı parlamentin əsas binasının və digər korpusunun ümumi görünüşünə uyğunlaşdırıb. Yeni inzibati binada sürətli liftlər quraşdırılıb. Yeni korpus parlamentin əsas binasının foyesi ilə birləşdirilib. Birinci mərtəbədə korpusları əlaqələndirən şüşəli salon var. Salonda quraşdırılan monitordan Milli Məclisin geniş iclaslarını izləmək mümkündür. Birinci mərtəbədə Milli Məclisin arxivinin saxlanması üçün hər cür şərait yaradılıb, yanğından mühafizə və müasir havalandırma sistemi quraşdırılıb. Binanın ikinci mərtəbəsi müasir kitabxana üçün nəzərdə tutulub. Kompüterləşdirilmiş iki oxu zalı olan yeni kitabxanada 100 mindən çox kitabın və 2000 qovluğun saxlanması üçün xaricdən zəruri avadanlıq gətirilib. İkinci mərtəbədə Milli Məclisin komitə iclaslarının və müxtəlif görüşlərin keçirilməsi üçün üç salon, üçüncü mərtəbədə isə komitələrin birgə iclaslarının, həmçinin ayrı-ayrı görüşlərin keçirilməsini nəzərdə tutan böyük iclas salonu var. Böyük salonda tədbirlərin sinxron tərcüməsi, videoçəkilişlərin aparılması üçün müasir avadanlıq quraşdırılıb. Bundan əlavə, üçüncü mərtəbədə 13 xidməti otaq var. Bu mərtəbədən də Milli Məclisin əsas binasına və keçmiş deputat korpusuna keçid inşa olunub.