Hacı Şəhla məscidi — Bakının Sabunçu rayonunda şəhərtipli Balaxanı qəsəbəsində yerləşən XIV əsrə aid memarlıq abidəsi. Məscidin kitabəsində onun 1385-1386-cı illərdə Hacı Şəhla bin Şakir bin Mustafa Köşkinin sifarişi ilə Ustad memar Arif bin ustad Musa Cibali tərəfindən inşa edildiyi göstərilib.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Tarixi Hacı Şəhla məscidi 1385-1386-cı illərdə Şirvanşahlar dövründə Balaxanı qəsəbəsinin qəbiristanlığında hündür bir təpənin üzərində tikilib. Məscid giriş portalı və daxili otaqdan ibarətdir. Giriş qapısının üstündə iki sətirlik kitabədə bunlar yazılıb:
"Bu imarət Hacı Şəhla bin Şakir bin Mustafa Köşkinindir. Yeddi yüz səksən yeddinci il (787-1385/86)”.
Bu kitabədən bir az solda, qapı çərçivəsindən bir az aralı yerləşən kitabədə məscidi tikən ustanın adı yazılıb. İki sətirlik bu kitabədə “Ustad Arif bin ustad Musa Cibalın işidir” yazılıb. Qeyd edək ki, üzərində olan kitabələrdə məscid imarət adlandırılıb.
1918-ci ildə erməni daşnakları tərəfindən törədilən Mart soyqırımı Balaxanı kəndində də davam edib. Kənd camaatı da məscidin yerləşdiyi təpədə səngər qazaraq düşməndən müdafiə olunublar. Bu hadisədən sonra qəsəbə sakinləri tərəfindən məscidin yerləşdiyi təpə “səngər” adlandırılıb.
Sovet işğalında Sovet işğalından sonra rəsmi şəkildə 1928-ci ildən dinlə mübarizəyə başlanılıb. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.
Bundan sonra məscid bağlanıb istifadəsiz qaldığına görə dağıntılara məruz qalıb.
Müstəqillikdən sonra Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
2017-ci ildə Hacı Şəhla məscidi Balaxanı qəsəbəsi sakinlərindən olan xeyriyyəçi insanların maliyyə dəstəyi ilə bərpa edilib. Təmir-bərpa işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında mütəxəssislər tərəfindən həyata keçirilib. Abidə bərpa olunarkən tarixi tikilinin divarlarında Mart soyqırımında baş tutmuş döyüşlərdən qalan güllə izləri saxlanılıb.
Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı Şakir ağa türbəsi
İstinadlar
Kateqoriya:Bakı məscidləri Kateqoriya:Şirvanşahlar dövləti Kateqoriya:Balaxanı memarlıq abidələri Kateqoriya:XIV əsr memarlığı Kateqoriya:Şirvan-Abşeron memarlıq məktəbi Kateqoriya:Azərbaycandakı şiə məscidləri Kateqoriya:Bakının görməli yerləri