Vinisius Joze Paysan de Oliveyra Junior () () — Vinisius Junior kimi də tanınan, Braziliya təmsilçilərindən olan Flamenqo klubunda yarımmüdafiənin sol cinahında çıxış edən peşəkar Braziliya futbolçusu.
Vinisius Junior Gələcəyin Neymarı hesab olunur. Heç vaxt tam peşəkar futbol oyunu oynamasına baxmayaraq, Vinisius 45 milyon avro qarşılığında Real Madrid klubuna keçməyə razılıq vermişdir. 18 yaşı olanda müqavilə qüvvəyə minəcəkdir. Vinisius Flamenqonun U-13 komandasında tanınmış, klubun əsas aparıcı gənc oyunçulardan birinə çevrilmişdir.
Klub karyerası Vinisius Junior Flamenqo klubunda debütünü 13 may 2017-ci ildə Braziliya Seria A-da Atletiko Mineyro klubuna qarşı oyunda etmişdir. O, 82-ci dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Flamenqo rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. İki gündən sonra o, klubu ilə 45 milyon avro dəyərində müəyyən olunmuş blits bəndinə əsasən 2022-ci ilə qədər müqaviləni uzatmışdır. 23 mayda Vinisius rəsmi olaraq Real Madrid klubuna keçib. 2018-ci ilin iyul ayında rəsmən İspaniya klubunun üzvü olacaq. Vinisius 2019-cu ilə qədər Flamenqo klubunda icarə əsasında çıxış edəcək.
Vinisius Junior "Real Madrid"lə müqaviləsini 2030-cu ilədək uzatdı.
Milli karyerası Vinisius 2015-ci ildə Braziliyanın U-15 komandası ilə 15 yaşlıların Cənubi Amerika Çempionatında iştirak etmişdir. Vinisius 6 oyunda 6 qol vurmaqla turniri qazanmaqda böyük pay sahibi olmuşdur.
2016-cı ilin iyun ayında Vinisius Braziliya U-17 milli komandasına çağırılmışdır. O, komanda ilə debütünü 8 iyul 2016-cı ildə Çilili həmyaşıdlarına qarşı oyunda etmişdir. Vinisius görüşdə iki qolla yadda qalmışdır. Həmin görüşdə Braziliya Çiliyə 4-2 hesabı ilə qalib gəlmişdir.
Vinisius 2016-cı ilin sentyabr ayında BRİKS Kuboku üçün Braziliyanın U-17 komandasının heyətinə daxil edilmişdir. Braziliya kuboku qazanmış və Vinisius turnirdə 4 qolla yadda qalmışdır. Kubokun finalında Braziliya millisi CAR-a 5-1 hesabı ilə qalib gəlmişdir.
Vinisius 2015-ci ildə Braziliyanın U-17 komandası ilə 17 yaşlıların Cənubi Amerika Çempionatında iştirak etmişdir. Braziliya turnirin qalibi olmuşdur. Vinisius Junior isə vurduğu 7 qolla həm turnirin ən yaxşı bombardiri, həm də turnirin ən yaxşı oyunçusu seçilmişdir.
Karyera statistikası
Klub
KlubMövsümLiqaKubokKontinentalDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolFlamenqo2017Serie A200000–20Real madrid 2019-2026Laliga27878Ümumi2000000020
Uğurları
Milli komanda Braziliya yığması (U-15) 15 yaşlıların Cənubi Amerika Çempionatının qalibi: 2015
Braziliya yığması (U-17) 17 yaşlıların BRİKS Kubokunun qalibi: 2016 17 yaşlıların Cənubi Amerika Çempionatının qalibi: 2017
Fərdi 17 yaşlıların Cənubi Amerika Çempionatının ən yaxşı bombardiri (2017): 7 qol
İstinadlar
Xarici keçidlər Профиль на сайте «Фламенго» Профиль на сайте Transfermarkt Профиль на сайте Soccerway
Kateqoriya:Braziliya futbolçuları Kateqoriya:Real Madrid FK futbolçuları Kateqoriya:2022 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:Braziliya milli futbol komandasının oyunçuları Kateqoriya:Braziliya U-20 milli futbol komandası futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Legioner Braziliya futbolçuları Kateqoriya:Flamenqo FK futbolçuları Kateqoriya:Braziliya Seriya A futbolçuları Kateqoriya:Sequnda Divizionu B futbolçuları Kateqoriya:2021 Kopa Amerika futbolçuları Kateqoriya:İspaniyada legioner Braziliya idmançıları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Real Madrid Kastilya FK futbolçuları