Pavel Velski Azərbaycan kinosunda əsasən rejissor, ssenarist kimi 1924-1925-ci illərdə fəaliyyət göstərmişdir.

Həyatı Pavel Velski Azərbaycan kinosunda rejissor, ssenarist və bədii rəhbər kimi 1924-1925-ci illərdə fəaliyyət göstərmişdir. O, rejissor kimi "1 may 1925-ci il"Aydın Kazımzadə. Azərbaycan kinosu - 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.14. və "Azərbaycan Mədən Fəhlələri Həmkarlar İttifaqının IX qurultayı" sənədli filmlərini çəkmiş, "Mədənçi-neftçi istirahətdə və müalicədə"Aydın Kazımzadə. Azərbaycan kinosu - 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.24. və "Əvəz-əvəzə" bədii filmlərinin ssenarisini yazmışdır. Həmçinin, ssenarisini yazdığı 2 filmdə aktyor kimi də çıxış etmişdir.

Filmoqrafiya Ssenari müəllifi kimi Mədənçi-neftçi istirahətdə və müalicədə (film, 1924)(tammetrajlı bədii film) Əvəz-əvəzə (film, 1925)(tammetrajlı bədii film)

Rejissor kimi 1 may 1925-ci il (film, 1925)(qısametrajlı sənədli film) Azərbaycan Mədən Fəhlələri Həmkarlar İttifaqının IX qurultayı (film, 1925)(qısametrajlı sənədli film)

Aktyor kimi Mədənçi-neftçi istirahətdə və müalicədə (film, 1924)(tammetrajlı bədii film) Əvəz-əvəzə (film, 1925)(tammetrajlı bədii film)(rol: Pavel Dobrov)

İstinadlar

Kateqoriya:Ssenaristlər Kateqoriya:Aktyorlar Kateqoriya:Rusiya rejissorları Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:Səssiz film aktyorları