Aron Koplend (; ) — Amerikalı bəstəkar, pianoçu, dirijor və pedaqoq.
Həyatı Əslən Litva yəhudisi olan Aron Koplend Nyu-Yorkun Bruklin məhəlləsində anadan olmuşdur. Ailəsi Amerikaya Şotlandiyadan köçmüşdür. Koplendin atası köçməzdən əvvəl "Kaplan" soyadını "Koplend"ə dəyişir.
15 yaşında o musiqi ilə məşğul olmağa başlamışdır. Leopold Volfson və Rubin Qoldmark onun müəllimləri arasında olmuşlar. Koplend 1921–1924-cü illərdə Paris yaxınlığındakı Fontenblo Musiqi Akademiyasında Nadya Bulanjedən təhsil almışdır.
Fəaliyyəti Aron Koplend konsertlər və filmlər üçün bir çox musiqi əsərləri yazmışdır. O, müasir Amerikan musiqi stilini yaratmış və ona "Amerikalı bəstəkarların başçısı" ləqəbi verilmişdir. Koplend öz musiqisi ilə "modern Amerikan" ve "Amerikan folk" stilini sintez edərək yeni stil Amerikan musiqisinin təməlini qoymuşdur. Onun musiqisində olan uzun akkordlar və gec dəyişilən ahəng sanki Amerika təbiətini təsvir edir. Koplend eyni zamanda musiqi müəllimi idi.
70-ci illərdə Alzheymer xəstəliyinə tutulur, lakin 1983-cü ilədək dirijorluq fəaliyyətini davam etdirir.
1945-ci ildə Pulitser mükafatına layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ bəstəkarları Kateqoriya:Opera bəstəkarları Kateqoriya:Altsheymer xəstəliyindən vəfat edənlər Kateqoriya:Nəfəs çatışmazlığından ölənlər Kateqoriya:Ən yaxşı musiqiyə görə Oskar mükafatı laureatları Kateqoriya:Columbia Records artistləri Kateqoriya:ABŞ film bəstəkarları Kateqoriya:ABŞ pianoçuları Kateqoriya:XX əsr pianoçuları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:ABŞ ateistləri Kateqoriya:Musiqi Kateqoriya:ABŞ klassik musiqiçiləri