Otto Eduard Leopold fon Bismark-Şönhauzen (; ) — alman dövlət xadimi və XIX əsr dünya siyasətinə ciddi təsir etmiş şəxs. 1862–1890-cı illərdə Prussiyanın əvvəlcə nazir-prezidenti () olmuş, sonra isə kansleri kimi Almaniyanın birləşdirilməsi məsələsi ilə məşğul olmuşdur.
1867-ci ildə Şimali Alman İttifaqının, 1871-ci ildə isə birləşmiş Almaniya İmperiyasının ilk kansleri olmuş və yeni dövlətin möhkəmlənməsi üçün mühüm işlər görmüşdür. Bismark Şönhauzen qrafı, Lauenburq hersoqu, Bismark şahzadəsi titullarını daşımış, general-feldmarşal statusunda general-polkovnik rütbəsinə layiq görülmüşdür. Sərt diplomatiyası və güclü idarəçiliyinə görə ona "dəmir kansler" ləqəbi vermişdilər.
Həyatı
Uşaqlığı left|thumb|200px|Bismark on bir yaşında (1826) Otto fon Bismark 1815-ci il aprel ayının 1-də Berlindən qərbdə yerləşən Prussiya əyaləti olan Brandenburqda yerləşən Şönhauzendə (indiki Saksoniya-Anhalt torpağı) Karl Vilhelm Ferdinand fon Bismark (1771–1845) və Vilhelmina Luiza Menkenin (1790–1839) kiçik zadəgan ailəsində dünyaya gəlmişdir. Ailənin ikinci oğlan uşağı olan Otto öz uşaqlıq illərinin ilk vaxtlarını Hinterpommerndə Nauqard şəhərində keçirmişdir.
Atası Karl Vilhelm Ferdinand fon Bismark mülkiyyətçi və Prussiya ordusunun keçmiş zabiti, anası Luiza Menke Berlin hökumətində yüksəkvəzifəli məmurun qızı idi.
Valideynlərinin fərqli sosial təbəqələrdən çıxmaları Ottonun həyatına böyük təsir göstərmişdir. O fiziki cəhətdən atasına çəkmiş, onun kimi zabit olmuş, atasının mənşəyinə görə qürur duymuşdur. Anasından isə yalnız iti düşüncəni yox, həm də rasionallığı və danışıq həssaslığını götürmüşdür. Onun kiçik zadəganlara xas olmayan yüksək təhsil ala bilməsi anasının sayəsində baş vermişdir. Otto təbəqəsinə xas olmayan yüksək intellektə və düşüncə tərzinə malik olmuşdur. O, ingiliscə yazır və oxuyur,Crankshaw, Bismarck, p. 13 polyakca danışır, fransızca və rusca sərbəst bilirdi.Taylor, Bismarck, The Man and the Statesman, p. 44 Otto həyat yoldaşına məktublarında Uilyam Şekspirdən və Corc Bayrondan sitatlar gətirirdi.
Kadetlər məktəbində oxumaq əvəzinə o, 1822–1827-ci illərdə Berlindəki, yüksəkvəzifəli şəxslərin övladlarının təhsil aldığı "Plamann" internatına gedir. 1827-ci ildə isə Fridrix Vilhelm gimnaziyasına keçir. 1830–1832-ci illərdə təhsilini Berlindəki humanitar gimnaziyada davam etdirir. Məktəbdə Bismarkın natiqlik məharəti ilə fərqləndiyi bildirilirdi.
Universitet illəri və əmək fəaliyyəti thumb|200px|Otto fon Bismark (1836) Orta məktəbi bitirdikdən sonra 1832-ci ildə 17 yaşlı Bismark Gettingendəki Georq Avqust Gettingen Universitetində hüqüq elmini öyrənir. O, tarix və ədəbiyyatla ciddi maraqlansa da, təhsildə cox zəif idi. Həmin dövrdə o tez-tez duellərdə iştirak edirdi. Duellərdən birində üzündən yaralanmışdı. Bu müddətdə onu maraqlandıran şəxslər – mühazirə zamanı beynəlxalq dövlət sistemlərinin fəaliyyət prinsiplərinin eskizlərini quran, tarix müəllimi Arnold Lüdviq Heeren və şəxsi münasibətlər yaratdığı amerikalı tələbə Con Lotrop Motley idi. Bismark Motleylə həyatının sonuna kimi dost olmuşdur. Motley sonradan məşhur tarixçi və diplomat olmuş və Bismarkın obrazını "Mortonun ümidləri və əyalətdən çıxanın xatirələri" (1839) romanında yaratmışdır.
Gettingen Universitetindəki təhsilini yarımçıq qoyan Bismark 1833-cü ildən öz təhsilini Berlin Universitetində davam etdirir. 1835-ci ildə o, burada dövlət imtahanı verərək təhsilini başa vurur. Diplomat olmaq arzusuna baxmayaraq Berlin və Potsdam məhkəmələrində vəkillik edir. Sonralar imtahan verərək ədliyyə və idarəçilik xidmətinə keçir və Aaxendə hökumət referenti kimi çalışır.
Bismark 1838-ci ildə könüllü olaraq bir il hərbi xidmətə gedir. O, yeger qvardiya batalyonunda zabit rütbəsinə qədər qalxır. Ancaq anasının xəstəliyi onu xidmətini yarımçıq qoymağa məcbur edir. 1939-cu ildə anasının vəfatından sonra isə o artıq valideynlərindən qalan təsərrüfata rəhbərlik etməyə məcbur olur. Hinterpommern əyalətində məskunlaşan Bismark öz gəlirini artırmaq üzərində düşünür və öz nəzəri bilikləri və praktik fəaliyyəti ilə tezliklə qonşularının hörmətini qazanır.
Berlində təhsilini başa vurmuş kiçik bacısı Malvina ilə Ottonun arasında mənəvi yaxınlaşma baş verir. Onlar bir-birini gözəl başa düşürlər. Otto öz bacısını dostu Arminlə tanış edir və onlar bir ildən sonra evlənirlər.
Onun həyatı təqribən otuz yaşında dostunun həyat yoldaşı Mari fon Taddenlə yaranmış dostluqdan sonra kəskin dəyişir. Onun təsiri ilə o lüteran kilsəsinə inanc gətirir və ilk dəfə dua edir. Marinin vasitəsilə onun əmisi qızı, gələcək həyat yoldaşı İohanna fon Puttkamer ilə tanış olur. 28 iyul 1847-ci ildə onlar evlənirlər. Bu nikahdan onların üç uşağı olur: Mariya (1848–1926), Herbert (1849–1904) və Vilhelm (1852–1901). İohanna utancaq və dindar qadın idi, o öz həyatını tamamilə Bismarka uyğunlaşdırır və ona anasından almadığı emosional istiliyi bəxş edir. Onların bir-birinə yazdıqları məktublar XIX əsr məktub ədəbiyyatının incilərindən sayılır. Ottonun həyat yoldaşı İohanna və bacısı Malvin həyatı boyu ona daima dəstək olmuşlar.
Siyasi fəaliyyəti
İlkin siyasi fəaliyyəti thumb|250px|Bismark və Prussiya kralı IV Fridrix Vilhelm 1847-ci ildə 32 yaşında Bismark ilk dəfə olaraq yeni yaradılmış Prussiya landtaqına deputat seçilmək arzusuna düşür. O bunun üçün hətta toyunu da müvəqqəti olaraq təxirə salır və 11 may 1847-ci ildə parlamentə seçilir. Həmin dövrdə liberallar və kral hakimiyyətini dəstəkləyən konservativ qüvvələr arasında qarşıdurma yaşanırdı. Liberallar IV Fridrix Vilhelmdən konstitusiya və böyük vətəndaş azadlıqları tələb edirdilər, kral isə bu məsələdə tələsmirdi. Ona Berlindən Şərqi Prussiyaya dəmir yolu çəkmək üçün maliyyə vəsaiti lazım idi. Məhz bu məqsədlə o, 1847-ci ilin aprelində səkkiz əyalətin parlamentlərindən ibarət olan birləşmiş parlament yaratdı.
Landtaqda iştirak etdiyi ilk gündən Bismark qalmaqallarla yadda qalır. O, çıxışı zamanı liberal deputatın 1813-cü ildəki azadlıq müharibəsinin konstitusiyaya uyğun olması barədə fikirlərini inkar etməyə cəhd edir. O açıq şəkildə monarxın ilahi qüvvə tərəfindən hakimiyyətə malik olması barədə çıxışlar edir.
Bir ay sonra o daha da aqressiv tonda çıxışlar edir və mətbuat ona liberalların əsas nümayəndəsi olan Georq fon Finkeyə qarşı çıxışlarına görə "Finkenin təqibçisi" ləqəbini verir. Ölkədə inqilab əhval ruhiyyəsi yetişməyə başlayır. Bu, əsasən ərzaq məhsullarının qiymətlərinin artması ilə əlaqədar şəhər əhalisi arasında yaranan narazılıqlarla bağlı idi. Həmin gərgin siyasi şəraitdə nəhayət ki, Otto fon Bismark və nişanlısı Yohanna Puttkamer evlənirlər.
Prussiya 1848-ci il hadisələrində 1848-ci ilin martında bütün Avropa kimi Prussiyanı da inqilab dalğası bürüyür – Fransa, Almaniya və Avstriyada iğtişaşlar baş verir. Prussiyada da vətənpərvər liberalların təzyiqi altında baş verən inqilabda Almaniyanın birləşməsi, konstitusiyanın qəbul edilməsi tələb olunurdu. Prussiya kralı IV Fridrix Vilhelm əvvəl inqilabdan qorxaraq, Berlinə qoşun yeritmək və təhlükəsizlik üçün Potsdama köçmək istəsə də sonradan sakitləşir və liberallara geniş güzəştlər vəd edir. Konstitusiya qəbul edilməsinə söz verir, vahid alman dövləti arzusunu bildirir, hətta inqilabçıların qara-qırmızı-qızılı rəngində paltar da geyinir. Baş nazir postuna isə liberal Ludolf Camı təyin edir. Bismark o dövrdə güzəştə gedən monarxın qərarlarından məyus olur.
Malik olduğu reputasiyaya görə Bismarkın yeni yaradılan və kişi əhalisinin səsləri ilə seçilən Prussiya milli məclisinə düşmək şansları azalır. Bismark yunkerlərin ənənəvi hüquqlarının azalmasına görə narahatlıq keçirirdi, lakin sonradan o qəbul edir ki, inqilab görünən qədər də qorxulu deyildir. Ona geriyə, kənd təsərrüfatına qayıtmaq və yeni konservativ "Kroytssaytunq" qəzetində məqalələr yazmaqdan başqa çarə qalmır.
Liberal hərəkat daxili çəkişmələr hesabına 1848-ci ilin axırına zəifləməyə başlayır, mühafizəkarlar isə əksinə kral ətrafında birləşə bilirlər. Bunun məntiqi nəticəsi kimi 1848-ci ildə əks-inqilabi çevriliş baş verir. Kral parlamenti buraxır və Berlinə qoşun yeridir. Bu çevrilişdə Bismarkın əhəmiyyətli roluna baxmayaraq kral ona nazir postu vermir.
Bismark əvvəl kəndlilərini orduya yazdırmaq istəyir, sonra isə orduya ərzaq yardımı təklif edir. Eyni zamanda onun kral ailəsi ilə isti münasibətləri yaranmağa başlayır. O hətta kralla onun münasibətləri pis olan qardaşı arasında münasibətləri də düzəltməyə çalışır.
Prussiya konstitusiyalı monarxiya kimi Tezliklə inqilabçıların bütün istəklərini əks etdirməsə də konstitusiya qəbul edilir və iki pilləli parlament yaradılır. Kral fövqəladə sərəncamlarla ölkədə siyasi vəziyyəti idarə etmək hüququnu özündə saxlayırdı. Bu konstitusiya liberalların gözləntilərini doğrultmasa da, Bismark onu çox mütərəqqi hesab edirdi. O vəziyyətlə razılaşır və parlamentin aşağı palatasına düşməyə çalışır. Çətinliklə də olsa ona seçkidə qalib gəlmək nəsib olur. O 26 fevral 1849-cu ildə yenidən deputat yerini tutur.
Burada Bismark Almaniyanın birləşməsinin əleyhinə çıxır, bildirir ki, bu Prussiyanın proseslərdə müstəqil hərəkətinə mane olacaq. Parlament kral tərəfindən yenidən buraxıldıqdan sonra Bismarkın təkrar seçilmə şansı azalır, lakin seçki sistemində edilən dəyişikliklər ona bu dəfə də parlamentə düşməyə imkan verir və avqustun 7-də o yenidən deputat seçilir.
Bir müddət sonra Avstriya və Prussiya arasında yaranan ərazi münaqişəsi irimiqyaslı müharibəyə çevrilmək təhlükəsi yaradır. Erfurt ətrafında baş verən qarşıdurma nəticəsində Prussiya Avstriyadan əl çəkməsini nəzərdə tutan "Olm müqaviləsini" imzalayır.
Bununla da Prussiyanın rəhbərliyi ilə Almaniyanın birləşməsi planı baş tutmur. Bismark bu müqaviləni dəstəkləyir, çünki hesab edir ki, həmin ərəfədə Almaniyanın müharibədə qalib gəlmək şansı aşağı idi. thumb|left|Bismark haqqında dövründəki karikatura: "Divar daşdandır. Mənim alnım isə dəmirdən deyil. Elə isə alnımı ora niyə vurmalıyam ?"Richard Carstensen / Bismarck anekdotisches. Muenchen:Bechtle Verlag. 1981. ISBN 3-7628-0406-0
Böyük siyasətin ilk pilləsində 1851-ci ildə diqqəti çəkən Bismark IV Fridrix Vilhelm tərəfindən Frankfurt lantaqında (parlamentində) Prussiyanın rəhbərlik etdiyi Alman İttifaqının təmsilçisi təyin edilir. Bismark Lantaqdakı deputat yerindən imtina etsə də kral tərəfindən Prussiya lordlar palatasının üzvü təyin edilir. Frankfurtda o tez-tez Avstriya nümayəndəsi qraf Tunla polemikalara girməli olur. O bu vəzifədə olarkən 38 il ərzində Avstriyanın xarici işlər naziri olmuş, nüfuzlu siyasətçi Klement Metternix ilə tanış olur.
Bismarkın Frankfurtda keçirdiyi səkkiz il onun siyasi baxışlarına ciddi təsir edir. Bunlar onun Berlinə nazirliyə göndərdiyi çoxsaylı memarandumlarda özünü açıq göstərir. O tədricən irticaçı fikirlərindən əl çəkir, praqmatizməüstünlük verir. O Prussiyanın digər alman dövlətləri ilə ittifaqının vacibliyini başa düşür, vahid alman xalqı ideyası onu cəlb edir.
Bismark səlahiyyətləri daxilində Prussiyanın Rusiya və Fransa ilə yaxşı münasibətlərinin olmasına çalışır. Onun uzaqgörənliyi sonradan özünü dəfələrlə göstərir. Bu məqamların unudulması 1871-ci ildə Fransanın Almaniya ilə düşmənçiliyinə, 1890-cı illərdə isə Fransanın Rusiya ilə Almaniya əleyhinə birləşməsinə səbəb olur.
1850-ci illərdə Krım müharibəsi zamanı Bismark Prussiyanın izolyasiyasından dəhşətə gəlir. Onun ölkəsi Paris sülh müzakirələrinə dəvət edilmir. O Avstriyanın Almaniyanı Rusiyaya qarşı müharibəyə cəlb etməsinə müqavimət göstərir. O, Almaniyanın birliyinin möhkəmlənməsi və Avstriyanın dominantlığına qarşı mübarizə aparır. Ancaq alman ölkələrinin təklənməsinin qarşısının alınması üçün sonradan 1879-cu ildə Bismark Avstriya-Macarıstanla İkili Alyans yaratmalı olur.
Kralın diqqətində thumb|left|Otto fon Bismark, hərb naziri Albrext fon Run və Baş qərargah rəisi Bernhard fon Moltke (1860)