() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına göre növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları uzun-saplaqlı, uzunsov, ikiyə yarılmışlələkvaridir, son ayaları lansetvari və ya xətvaridir, gövdə yarpaqları 1-2 ədəd və ya heç olmur. Çətirlərinin 5 ədəd müxtəlif ölçülü şüaları vardır. Ləçəkləri ağdır. Meyvələri 3 mm uzunluğundadır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləməsi iyun-iyul, meyvə verməsi iyul-avqust aylarına təsadüf edir. Mezofit bitkidir. Dəniz səviyyəsindən 2000 m-dən yuxarıda tək-tək müşahidə edilir. Əsasən alp və subalp çəmənlərdə rast gəlinir.

Yayılması Böyük Qafqazın Quba sahəsi (Qusar rayonu — subalp yüksəklikləri) və qərb hissəsi, Kiçik Qafqazın şimal (Daşkəsən rayonu — Xoşbulaq yaylası) və mərkəzi hissələri, Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu — Gəmiqaya və Göygöl əraziləri, Ordubad rayonu — Qaraquş ətəkləri).

Sayı və tendensiyası Məhdud ərazidə yayılan azsaylı populyasiyadır.

Məhdudlaşdırıcı amillər Mənfi iqlimə həssaslıq müşahidə olunur.

Mühafizə tədbirləri Qorunması mühüm olan növdür.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Yem bitkiləri