() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU A2c+3c. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Regional IUCN Statusu: LC.
Botaniki xaarakteristikası Gövdəsinin əsası odunlaşmış, hündürlüyü 10-25 sm-ə çatan çoxillik bitkidir. Yarpaqları 8-25 cüdtür, gümüşü tükcüklüdür. Çiçəkaltlığı çox kiçikdir, pulcuqludur. Yumurtalığı qısa ayaqcıq üzərində yerləşmiş, ağtükcüklüdür. Dişicik çılpaqdır. Paxlası pərdəşəkilli, birtoxumludur.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə dövrü may-iyun, meyvəverməsi avqust ayına təsadüf edir. Kserofit bitkidir. Aşağı və orta dağ qurşağının çınqıllı, gilli, quru, daşlı-qayalı yamaclarında rast gəlinir.
Azərbaycanda yayılması Naxçıvanın dağlıq hissəsində yayılmışdır.
Sayı və tendensiyası Məhdud ərazilərdə yayıldığından təbii ehtiyatı azalır.
Məhdudlaşdırıcı amillər Populyasiyasının azlığı və antropogen təsirlərdir.
Mühafizə tədbirləri Məhdud sahələrdə yayılmış, mənfi təsirlərə məruz qalan növ kimi Arpaçay və Ordubad Dövlət Təbiət Ysaqlığı ərazisində yayıldığı sahələr xüsusi nəzarət altına alınmalı və təbii populyasiyaları mühafizə olunmalıdır.
Sinonimləri Homotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Azərbaycan florası Kateqoriya:Meyvə bitkiləri