Xəzər ektokarpusu (Elmi adı - Ectocarpus caspicus).Azərbaycan Respublikası Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı -2013 — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir Xəzər endemikidir.http://redbook.az/?options=project&id=X%C9%99z%C9%99r%20ektokarpusu

Qısa morfoloji təsviri Kolcuq və dolaşıq çim şəklində bitir, hündürlüyü 0,5-2 sm-dir. Tallom əsasda və digər hissələrində inkişaf edən rizoidlərlə substrata yapışır. Rizoidlər bəzən stolonlar kimi substratın üzərində sərilir və belə olduqda rizoidlərdən yeni şaquli cücərtilər əmələ gəlir; nizamsız, çəngəlvari, növbəli və birtərəfli budaqlanır ; tallomun yuxarı hissəsində yan budaqlanmalar üstünlük təşkil edir. Budaqların qalınlığı kifayət qədər fərqli olur: əsas budaqlar 20-30 sm, yan budaqlar əsas budağa nisbətən nazik; uc budaqlar 9-13 sm qalınlıqdadır, çox vaxt uzun tükcüklə bitir.Генкель А.Г., 1909;Зинова А.Д., 1967Забержинская Э.Б., 1968

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Cladophora yosununnun üzərində rast gəlinir.

Yayılması Bakı buxtasına yaxın aşkar edilmişdir.

Sayı və tendensiyası Yeganə lokalitetində mənfi antropogen təsirlər azalma tendensiyasını yaradır.

Məhdudlaşdırıcı amillər Xəzər dənizinin və dəniz ətrafının çirklənməsidir.

Mühafizə tədbirləri Populyasiyanın nəzarətə götürülməsi və mütəmadi monitorinqlərin aparılması vacibdir.

İstinadlar

Kateqoriya:Nəsli kəsilməyə həssas olanlar