() - yastı qurdlar (Plathelminthes) tipinin növüdür. Xarici quruluşu Bədəni yastılaşmış, lanset formasındadır. Uzunluğu 5–12 mm, eni isə 1-1.5 mm-dir. Bədənin ön hissəsində ağız sormacı, ondan dal tərəfdə isə qarın sormacı yerləşmişdir. Ağız sormacının dərinliyində ağız dəliyi yerləşir və odur ki, ağız sormacı həzmlə əlaqəlidir. Həzm sistemi ağızla başlanır. Yayılması Lansetşəkilli sorucu Avropa ölkələrinin cənub və şərq hissələrində daha çox yayılmışdır.

Həyat tərzi Lansetşəkilli sorucu parazit həyat tərzi keçirir. Müxtəlif məməli heyvanların, xüsusilə iribuynuzlu heyvanların, qoyun və keçilərin bədənlərində parazitlik edir. Bir çox gəmiricilərin, it və s. heyvanların, həmçinin insanların qaraciyərlərində parazitlik edir.

Çoxalması və İnkişafı Cinsi sistem hermafroditdir. Yumurtalarını yaşadıqları sahibin öd axarlarına tökür“Onurğasızlar Zoologiyası”. Bakı, “Təhsil”, 2008, 568səh. Yumurtalar bağırsağa, oradanda nəcislə otlaqlara düşür.Yumurtalar burada quruda yaşayan qarınayaqlılar tərəfindən udulur. Yumşaqbədənlilərdə yumurtadan mirasidi sürfəsi çıxır. Sürfə kirpik örtüyünü itirir və sporsistaya çevrilir. Sporsistada partenogenez yolla yüzlərlə serkarilər inkişaf edir. “Onurğasızlar Zoologiyası”. Bakı, Cinsi orqanlar sistemi Erkək cinsi orqanlar sistemi bir cüt toxumluqdan, cüt toxumçıxarıcı kanaldan, tək toxum borusundan,toxum xaric edən kanaldan və cinsi əlaqə orqanından (sirrus) ibarətdir. Dişi cinsi orqanlar sisitemi tək yumurtalıq, toxumqəbuledicidən, sarılıqlardan, balalıqdan, ootipdən və s. orqanlardan ibarətdir. Ədəbiyyatı “Onurğasızlar Zoologiyası”. Bakı, “Təhsil”, 2008, 568səh; V.A.Dogel “Onurğasızlar zoologiyası”. Bakı, “Maarif”, 1988, 288 səh. İstinadlar

Kateqoriya:Parazitlər Kateqoriya:Yastı qurdlar