Mənzər xanım Rüstəm bəy qızı Şərifova — maarif xadimi, pedaqoq.

Həyatı və fəaliyyəti Mənzər xanım Rüstəm bəy qızı Şərifova Şuşa şəhərində anadan olmuşdur. Atası Rüstəm bəy Şuşanın adlı-sanlı bəylərindən sayılmışdır. Onun Şuşada qız məktəbində oxuması deyilir.Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017

Mənzər xanım Şərifova gənc yaşlarından pedaqoji fəaliyyətlə məşğul olmuşdur. XX əsrin 20-ci illərində Ağdamın Seyidli kəndində ilk qız məktəbinin (Ünas məktəbi) açılması və fəaliyyəti onun adı ilə bağlıdır. O, ilk vaxtlar qız şagirdlərinə evində dərs keçmişdir. Sonralar dərsi Abdulla bəyin Seyidli kəndindəki evində davam etdirmişdir.

Mənzər xanım Şərifova sonralar Ağdam şəhər 2 nömrəli beynəlmiləl orta məktəbin ibtidai sinif müəlliməsi işləmişdir. 2 nömrəli beynəlmiləl orta məktəbdə dərs dediyi illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin fevral 1949-cu il tarixli fərmanı ilə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. O, Ağdam rayonu üzrə orden və medallarla təltif edilmiş 35 nəfər müəllimdən biri olmuşdur.

Ailəsi Mənzər xanım Şərifova Çar Rusiyası və Azərbaycan Demokratik Respublikası dövründə Ağdam şəhərinin pristavı vəzifəsində işləmiş İldırım xan Şərifovla ailə həyatı qurmuşdur.

İstinadlar

Mənbə Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017

Həmçinin bax Seyidli oymağı Ağdam rayonunun Seyidli kəndi Şərifli nəsli İldırım xan Şərifov

Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Ağdamda vəfat edənlər Kateqoriya:Pedaqoqlar Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:Azərbaycan maarifçiləri Kateqoriya:Azərbaycanlı maarifçilər