Serb Respublikasının əhalisi Serb Respublikasının əhalisinin əksəriyyətini serblər təşkil edir. Bununla yanaşı ölkədə bosniya müsəlmanları və xorvatlar belə yaşayır.

Ümumi məlumat Serb Respublikasında əhalinin təbii artım mexanizmiİlƏhaliDoğumÖlümArtımMiqrasiya saldosu19911 569 33219961 391 593122631093113321691019971 409 835137571175520021696119981 428 798135271246910581868119991 448 537145001252919711867420001 469 18214191133708212099020011 490 9931369913434265 -3645620021 454 8021233612980 -644 -180720031 452 3511053712988 -2451 -320041 449 8971062813082 -2454 -102620051 446 4171032213802 -348077220061 443 7091052413232-2708-132820071 439 6731011014146 -4036184020081 437 4771019813501 -3303100520091 435 1791060313775 -3172103120101 433 0381014713517 -3370020111 429 668956113658 -4097371920121 429 290997813796 -38187720131 326 991951013978 -4468

2010-cu il hesablamalarına görə respublika əhalisinin sayı 1 433 038 nəfər təşkil edir. Bu nəticəyə əsasən respublikada əhali 2009-cu ilə nisbətdə 2141 nəfər azalmışdır. Azalmanın əsas səbəblərindən biri təbii artımın azalmasıdır. Ölkədə yeni doğulan körpələrin sayı 4,3% azalmışdır. Anaların orta yaşı 25,9 yaş təşkil etmişdir. Uşaq doğan anaların orta yaşı isə bir yaş çoxalaraq 27,7 yaş olmuşdur. Bu isə region ölkələri arasında orta rəqəmdir. Uşaqların 85 % nikahda doğulanlardır. Uşaq ölümü 1000 nəfərdə dörddür. Bu göstəriciyə görə isə ancaq Sloveniyadan aşağıdır.

Ölüm 2009-cu ilə nisbətdə 1,9 % aşağıdır. Orta ömür müddəti 72,1 ildir. Qadınlar kişilərdən 5 il çox yaşayır. 2007-ci ildən nikaha girənlərin sayında azalma müşahidə edilir. Hər min nəfərə 4 nikah düşür. 2010-cu ild ən qoca bəy 90 yaşlı kişi, gəlin isə 85 yaşlı qadın olmuşdur. Gəlinlərin orta yaşı 27,4 il, ilk nikah yaşı isə — 25,9 il təşkil edir. Bəylərin orta yaşı — 31 il, ilk nikah yaşı isə — 29,2 il təşkil edir.

Ölkə əhalisinin demoqrafiyasına təsir göstərən digər amil əhalinin miqrasiyasıdır. Onların böyük qismi daxili miqrasiya edir. Əsasən Serb Respublikası Bosniya və Herseqovina istiqamətli. Miqrasiya edənlərin orta yaşı 20–29 arasıdır. Onların çoxu qadınlardır. Kişilər 30 yaşından sonra miqrasiyaya üstünlük verir.

Milli və dini tərkib 2013-cü il siyahıya alınmasına görə Serb Respublikasında milli tərkib aşağıdakı kimi olmuşdur: 82,95 % əhali (970 857 nəf) — serblər; 12,69 % əhali (148 477 nəf) — boşnaklar; 2,27 % əhali (26 509 nəf) — xorvatlar.

Milli azlıqlar olaraq ukraynlar, qaraçılar, monteqrolular, makedonlar, italyanlar, polyaklar, çexlər, slovaklar, macarlar, almanlar və yahudilər qəbul edilir. Üstəlik burada ruslar, türklər, rumınlar, qoranlar, karavlaslar, Serb Respublikasında çinlilər kimi milli azlıqları görmək mümkündür.

2013-cü il siyahıya alınmasına görə dini tərkib: Provaslavlar — 969 315 nəf; Müsəlmanlar — 149 435 nəf; Katoliklər — 25 763 nəf.

Təhsil səviyyəsi Əhalisinin təhsil səviyyədi elə də böyük deyildir. 2013-cü il məlumatına görə ümumi əhalinin cəmi 87 036 nəfəri ali təhsillidir.

Mənbə

Kateqoriya:Serb Respublikası əhalisi