() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Qısa təsviri Leylək formalı iri quşdur. Ayaqları, boynu və dimdiyi uzundur (10 sm). Dimdiyi düz və ucu biz kimidir. Bel tərəfi boz-qonur, qarın tərəfi qaramtıldır. Başı, boynu və döşü kürəndir. Qanadları çirkli-boz, amma ucları qaradır. Ayaqları və dimdiyi sarımtıl-bozdur.

Statusu Nadirdir.

Yayılması Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda yayılması genişdir, təbii və süni su hövzələrinin kənarlarını əhatə edir.

Yaşayış yeri və həyat tərzi

Təbii və süni su hövzələrinin sahillərində, qamış cəngəlliyində yaşayır. Çox vaxt qamışların arasında sakit dayanıb şikarlarını gözləyir. Azərbaycana nəsil vermək üçün gəlir, buradan miqrant populyasiyası da keçir. Əsasən alaqaranlıq vaxtda fəal olur, sutkanın qalan vaxtında qamışlıqda gizlənib sakit qalır. Aprel ayında qamış cəngəlliyində quru qamış hissələrindən yuva tikir. Yuvası sudan 0,5–1,2 m hündürlükdə yerləşir. May ayında 4–5 ədəd yaşıltəhər-mavi yumurta verir, 28–30 gün kürt yatıb bala çıxarır. İyul ayının axırlarında müstəqil uçan pərvaz cavanlarına təsadüf olunur. Balıq, qurbağa, suilanı, siçan, xərçəng və iri həşəratlarla qidalanır. Əsas yemi qurbağadır.

Məhdudlaşdırıcı amillər

Əvvəllər balıqyeyən quş bilib tələf edilməsi, sonralar böyük göl və bataqlıqların qurudulması, kiçik su hövzələri sahəsində qamış əvəzinə ciyəm bitməsi (ciyəm üzərində vağ yuva tikə bilmir), qamış cəngəlliyinin yandırılması halları.

Əhali üçün əhəmiyyəti

Elmi, estetik və dekorativ əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron, Ağgöl Milli Parkları və su-bataqlıq sahələrində yasaqlıqlar təşkil edilmişdir. Faydalı faunaya daxil edilib. Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxildir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər Nadir olmasının əhaliyə bildirilməsi, qamış cəngəlliyinin yandırılması hallarının aradan qaldırılması.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İndoneziya quşları Kateqoriya:Nepal quşları Kateqoriya:İran quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:Afrika quşları Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1766-cı ildə təsvir edilən quşlar