Cuneus Prophetarum (alb. Çeta e profetëve, Azərbaycanca sözbəsöz tərcüməsi — Müqəddəslərin həyatı) — alban filosof Pyeter Boqdaninin yazdığı fəlsəfi, ilahiyyat və elmi traktatı.Elsie 2003, səh. 248 1685-ci ildə Padua şəhərində alban və latın dillərində dərc olunmuşdur. Erkən alban ədəbiyyatının ən görkəmli əsəri sayılır. Elsie 2005, səh. 30
Tarixi Pyeter Boqdani Cuneus Prophetarum 1675-ci ildə bitirdi, amma xristian konqreqasiyası latın dilinə tərcümə olunmadığı üçün əsəri dərc etməyə imkan vermədi, On ildən sonra kitab Paduada kardinal Qreqorio Barbariqonun dəstəyi ilə nəşr olundu. Elsie 2005, pp. 54–55
Latın dilində tam adı — "Cuneus prophetarum de Christo salvatore mundi et eius evangelica veritate, italice et epirotice contexta, et in duas partes diuisa a Petro Bogdano Macedone, Sacr. Congr. de Prop. Fide alumno, Philosophiae & Sacrae Theologiae Doctore, olim Episcopo Scodrensi & Administratore Antibarensi, nunc vero Archiepiscopo Scuporum ac totius regni Serviae Administratore"
Albizzi ailəsinin dəstəyi ilə traktat müvafiq olaraq 1691 və 1702-ci illərdə italyan və alban dillərində yenidən nəşr edildi. İtalyanca adı — "L' infallibile verità della cattolica fede"
İstinadlar
Ədəbiyyat Elsie Robert. Albanian Literature — an overview of its history and development // Albanien: Geographie — Historische Anthropologie — Geschichte — Kultur — Postkommunistische Transformation / Peter Jordan. — Vienna: Lang, 2003. — P. 243–276. Elsie Robert. Albanian literature: a short history. — 2005. — I. B. Tauris, 2005. — ISBN 978-1-84511-031-4.
Kateqoriya:Əlifba sırasına görə kitablar Kateqoriya:Albaniya ədəbiyyatı